Zaur Həşimov: Muaremin Əskişəhərspora keçidi səhv addım idi

Azərbaycan yığmasının və «Qarabağ»ın sabiq müdafiəçisi Zaur Həşimov Muarem Muaremin yenidən Ağdam klubuna qayıtmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

«Muaremin «Qarabağ»dan «Əskişəhərspor»a getməsi səhv addım idi. O, bu üzdən Avropa Liqasında oynamaq şansından məhrum oldu. Amma onu da başa düşmək olar. Muarem özünü daha güclü çempionatda sınamaq istəyirdi. Hesab edirəm ki, o, Ağdam klubuna qayıtmaqla düzgün addım atdı».

«Vüqar Mustafayevlə Namiq Ələsgərovun icarəyə verilməsini də düzgün hesab edirəm. Namiq ağır zədədən sonra Samuel Armenteros və Reynaldo ilə rəqabət aparacaq gücdə deyil. Ona görə də «Kəpəz»ə icarəyə verilməsi onun oyun təcrübəsini artırmasına kömək edəcək. Eyni sözləri Vüqara da aid etmək olar. İndi bu gənc futbolçular üçün daha çox oynamaq şansı qazanması daha vacibdir».

Həşimov Raydell Puponun «Qarabağ»ı tərk etməsinə də münasibət bildirib: «O, onsuz da komandaya uyğunlaşa bilmirdi. Bu üzdən də futbolçunun komandadan göndərilməsini «Qarabağ»ın uğuru kimi qiymətləndirmək olar».

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *