Zabit Səmədov: İlham Əliyevlə görüşüb əlini sıxmaq istəyirəm

“Mən burada yaşamaq istəyirəm”.

Ümid edirəm ki, yaxın gələcəkdə Prezidentlə görüşüb onun əlini sıxacam.

Oxu.Az xəbər verir ki, bunu azərbaycanlı idmançı Zabit Səmədov Report-a müsahibəsində bildirib.

O qeyd edib ki, karyerasının sonuna qədər Azərbaycan bayrağı ilə çıxış edəcək:

“Mən azərbaycanlıyam, Prezidentimizin sayəsində Azərbaycan vətəndaşıyam. İki il əvvəl o, mənə pasport hədiyyə edib. Hələ ki, onunla görüşə bilməmişəm. Amma ümid edirəm ki, yaxın gələcəkdə Prezidentlə görüşüb onun əlini sıxacam.

Mən burada yaşamaq istəyirəm. Hələ ki, burada heç nəyim olmadığından Belarusda yaşayıram. Evim Minskdədir, amma hər döyüşdən sonra Azərbaycana, vətənə gəlirəm ki, qoy xalqım vətənə qayıtdığımı, həm də qələbə ilə, görsün. İstənilən halda, karyeramın sonuna qədər Azərbaycan bayrağı ilə çıxış edəcəm.

Gələcəkdə, əlbəttə, Azərbaycanda öz idman klubumu açmaq və ölkəmin adını yüksəltmək, gənclərə sağlam həyat tərzini təbliğ etmək üçün yeni döyüşçülər, qəhrəmanlar yetişdirmək istəyirəm”.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *