Zabit Səmədov 7 il əvvəlki məğlubiyyətin intiqamını belə aldı (VİDEO)

Azərbaycan əsilli döyüşçü Zabit Səmədov daha bir möhtəşəm qələbə qazanıb.
BAKU.WS-in məlumatına görə, bu gecə 4 ay aradan sonra rinqə çıxan həmyerlimiz Çeçenistanın Qroznı şəhərində prinsipial döyüşdə 7 il əvvəlki intiqamını alıb.
«Qroznaya bitva — 13” adlı döyüş gecəsi çərçivəsində «Axmat” klubunu təmsil edən Zabit polşalı Pol Slovinski ilə qarşılaşıb. Rəqibi ilə ilk dəfə 23 İyun 2007-ci il tarixində Amsterdamda qarşılaşan Zabit həmin qarşılaşmada elə ilk raundaca nakauta düşərək məğlub olmuşdu.
Bu dəfə isə hər şey fərqli olub. Həmyerlimiz 5 raund döyüşərək sonda qələbəni bayram edən tərəf olub. Qarşılaşmanın sonunda 3 hakimin ortaq qərarı ilə qalib elan olunan Zabit beləcə revanş döyüşündən üzü ağ çıxıb.

Şahin Həbibov

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *