Yan Kopiç: Qarabağın həmin epizodda qol vura bilməməsinə mən də inana bilmədim

Çexiyanın «Viktoriya» klubunun yarımmüdafiəçisi Yan Kopiç Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində «Qarabağ»a qarşı keçirdikləri cavab oyunundan (1:1, ilk oyun 0:0) sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:

«Bu, inanılmaz hissdir. İnanılası deyil. Mənim üçün böyük sevincdir. Bəlkə də karyeramda belə sevinməmişdim. Görüşün sonunu çox yaxşı keçirdik. Qol vurmaq üçün imkan axtarırdıq. Nəhayət ki, bir dəqiq zərbə bizi istəyimizə çatdırdı. Artıq növbəti oyunları, daha da irəli getmək barədə düşünməliyik».

Kopiç Ağdam klubunun bir neçə qol şansını boşa verməsinə də toxunub: «Bir epizodda hətta rəqib futbolçunun qapıya dəqiq zərbə vura bilməməsinə mən də təəccübləndim. Özüm də başa düşə bilmədim ki, necə həmin epizodda qol olmadı. Mümkündür ki, onlar futbol tanrısını küsdürmüşdülər. Biz elə epizodu qola çevirərdik, amma onlar bacarmadılar».

Yarımmüdafiəçi vurulan qoldakı məhsuldar ötürməsindən də danışıb: «Krmençiklə Bakoşun cərimə meydançasına qaçdığını görürdüm. Bu üzdən də Limberskiyə mənə ötürmə verməsini qışqırdım. Ötürməni alandan sonra cərimə meydançasına asma etməkdən yaxşı heç nə düşünə bilmədim. Orada isə Mixail başla əla zərbə endirərək hesabı bərabərləşdirdi».

«Şübhəsiz ki, bu ötürmə mənim üçün çox dəyərlidir. Komandaya gəldiyimdən bəri ən böyük faydamı vermiş oldum. İki oyunda cəmi bir qol vəziyyəti yaradıb, onu dəyərləndirirsənsə, bunu yetərli saymaq olar».

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *