«Xəzər Lənkəran» «Qarabağ»a neçə oyundu qalib gələ bilmir?

«Xəzər Lənkəran» Azərbaycan Premyer Liqasının XXVIII turunda «Qarabağ»ı qəbul edəcək. Komandalar arasında çempionatdakı 36-cı oyun olacaq.
İndiyədək baş tutan oyunlarda «Qarabağ»ın üstünlüyü var. Ağdam klubu 18, «Xəzər Lənkəran» 12 oyunda qələbə qazanıb, 5 matçda qalib müəyyənləşməyib. Top fərqində də «Qarabağ»ın üstünlüyü var — 41:37.
Ağdam klubu «Xəzər Lənkəran”la ardıcıl 3 oyunda qapısının toxunulmazlığını qoruyub. «Qarabağ” son 8 oyunda meydanı qolsuz tərk etməyib. «Xəzər Lənkəran” 7 görüşdü qalib gəlmir.
Sport7.az

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *