Vüqar Nadirovdan növbəti qol

Əvəzedici heyətlərin çempionatında 17-ci tura start verilib.

Qol.az-ın xəbərinə görə, “Qarabağ” öz meydanında “Zirə”ni qəbul edib. Qarşılaşma Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Digər oyunda isə «Qəbələ» AZAL-a qalib gəlib — 3:1.

“Qarabağ” — “Zirə” — 2:1
Qollar:
Elgün Nəbiyev, 87; Vüqar Nadirov, 71 // Vəzir Musayev, 81

“Qəbələ” — AZAL — 3:1
Qollar:
Ravil Yusifli, 18; Elvin Həsənov, 70; Rövlan Muradov, 90+4 // Fuad Bayramov, 75

Qeyd edək ki, turnir cədvəlinə 38 xalla «Qəbələ» başçılıq edir. «Qarabağ» 2-ci (34 xal), «Neftçi» isə 3-cü (28 xal) yerdədir.

Rəy bildir

E-poçt ünvanınız dərc olunmayacaq. Vacib yazı *