Vüqar Nadirov: «Qarabağ»a qarşı oynamaq mənə çətin olacaq»

Bakı “İnter”inin futbolçusu Vüqar Nadirovun “Rəvan”ı 3:0 hesabı ilə məğlub edərək  növbəti mərhələyə yüksəldikləri oyundan sonra müsahibəsi

— “İnter”in heyətində ilk qolunu vurdun…

— Xeyli müddətdir ki oynamırdım. Çalışıram ki, oyundan-oyuna əvvəlki formamı bərpa edim.

— Bugünkü matçla, ilk görüşdəki nəticənin təsadüf olduğunu göstərdiniz…

— Təsadüf deməzdim. Ola bilər ki, futbolçularda yorğunluq var idi. “Rəvan”a yuxarıdan-aşağı baxmırdıq. Bizə bu oyunda vacib qələbə lazım idi,

— Kubokun yarımfinalında sabiq komandanız “Qarabağ”la qarşılaşacaqsınız. Bu oyun sənin üçün nə qədər əhəmiyyətlidir?
— “Qarabağ”a qarşı oynamaq mənim üçün hər şey deməkdir. Bir ağdamlı kimi “Qarabağ”a qarşı oynamaq mənim üçün çətin olacaq.

— Hər dəfə “Qarabağ” adı eşidəndə sanki acıqlı danışırsan…

— Xeyr, mənim “Qarabağ”la heç bir problemim olmayıb. Qurban Qurbanovla bu günün özündə də münasibətim var.

— Meydanda görünən odur ki, hələ də “İnter”ə uyğunlaşmamısan…

— Yavaş-yavaş olacaq. Birdən-birə Amerika yarana bilməz. İnşallah, 4-5 oyundan sonra hər şey qaydasına düşəcək.

— “İnter” üçün kubok, yoxsa çempionat daha önəmlidir?

— “İnter” iki cəbhədə də mübarizə aparır. “İnter” uzun müddətdir kuboku qazana bilmir. Medallar üçün mübarizə aparacağıq.

— “İnter” və “Zirə”nin avrokuboklara buraxılmaq şansı azdır. Bunu bilə-bilə oyunlara necə motivasiya olursunuz?

— Bu barədə düşünmürük. Meydana çıxdıqda yalnız oyunumuz barədə fikirləşirik.   Fikrimcə bu problem həll olunacaq və “İnter” növbəti ildə də Aərbaycanı avrokuboklarda təmsil edəcək.

— “İnter”ə gəlməklə milli komandaya yolunun kəsildiyini düşünmürsən?

— “Qəbələ”yə getməmişdən əvvəl “İnter” mənimlə maraqlanırdı. Amma mən “Qəbələ”yə keçməyi üstün tutdum. Buna, səhv addım deməzdim. Sadəcə, qismət bu idi. Buna da  şükür.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *