Vüqar Nadirov: Qarabağ hər şeyə hazır olmalıdır

«Qarabağ»ın hücumçusu Vüqar Nadirov ÇL-in üçüncü təsnifat mərhələsi çərçivəsində Çexiya «Viktoriya»sına qarşı cavab oyunu öncəsi fikirlrəini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

«Bu görüşə ciddi hazırlaşırıq. Doğma meydanda qələbə qazanmaq, mərhələ adlamaq istəyirik. İlk dəqiqədən sonadək var gücümüzlə mübarizə aparacağıq ki, bu istəyimizə çataq. Çalışacağıq ki, oyun əlavə vaxta getməsin, cütün taleyini 90 dəqiqə ərzində həll etmək istəyirik. Amma istənilən halda hər şeyə hazır olmalıyıq».

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *