Vüqar Mustafayev Qarabağı Zirəyə dəyişir

«Qarabağ»ın yarımmüdafiəçisi Vüqar Mustafayev «Zirə»yə keçəcəyi barədə xəbərləri şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

«Mən hələ rəsmi olaraq, «Qarabağ»ın futbolçusuyam. Amma növbəti ilə «Zirə»də başlamağım da inandırıcıdır. «Zirə» yaxşı komandadır. Komandanın baş məşqçisi Adil Şükürovu isə hələ «Bakı»dakı dövründən xatırlayıram. Mənə oyun təcrübəsi lazımdır. «Qarabağ»da isə mənim mövqeyimdə çox oyunçu var. Buna görə də başqa kluba getməyə qərar vermişəm».

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *