Voyislav Stankoviç: Uğur qazanmaq üçün xarakter göstərməliyik

«Qəbələ»nin müdafiəçisi Voyislav Stankoviç Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində «Qarabağ»a qarşı keçirəcəkləri oyun öncəsi müsahibəsi.

— Liderlə matça necə hazırlaşmısınız?
— Yaxşı. Bizi vacib oyun gözləyir. Uğurlu oynamaq istəyirik. «Qarabağ»a qalib gəlmək istəyirik və bunu bacara bilərik.

— «Zirə»yə məğlubiyyətə görə komandada atmosfer pis deyil?
— Onu tez unutduq. Çünki yeni oyuna hazırlaşmaq lazım idi.

— «Qarabağ»la oyunu sizin üçün çempionluq yoluna son şans saymaq olar?
— Hələ qarşıda çox oyun var. Kim bu oyundan sonra necə olacağını bilir?

— «Qəbələ»dən başqa çempionluq iddiasını dilə gətirən başqa komanda yoxdur. Bu, heç kimə lazım da deyil. Belə olan halda «Qarabağ»dan kim xal alacaq?
— Ağır olacaq. Bizim güclü komandamız var. Amma bu oyunda uğur qazanmaq üçün xarakter nümayiş etdirməliyik. Qələbə qazanmalıyıq.

— Bir müdafiəçi kimi «Qarabağ»ın hücum xəttində hansı oyunçuları xüsusi qeyd edə bilərsiniz?
— Rəqibin çox yaxşı ifaçıları var. Almeyda, Dani, Armenteros çox təhlükəli oyunçudur. Coşqun Diniyevi də xüsusi qeyd edərdim. Onunla hələ «İnter»də olarkən birgə oynamışam. Amma bizim də bu oyunçulara qarşı layiqli mübarizə apara biləcək futbolçularımız var.

— Premyer Liqa ilə yanaşı, kubokda da uğur qazanmaq şansınız var…
— Biz mövsümü titulla başa vurmağı çox arzulayırıq. Yarımfinalda «Neftçi» ilə qarşılaşacağıq. Onlar da kubokda uğur qazanmaq istəyirlər. Çətin rəqibdir. Amma bu mərhələdə asan rəqib gözləməyə dəyməz. Fikrimcə, istənilən halda finala çıxmaq üçün yaxşı şansımız var.

— Kubokun finalında da «Qarabağ»la qarşılaşa bilərsiniz…
— Böyük ehtimalla finalda onlarla qarşılaşa bilərik. Çünki onların finala çıxmaq şansı daha real görünür. Amma mən finalda «İnter»lə oynamağımızı istəyərdim.

azerisport.az

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *