Vitali Mutko: «Məğlubiyyətin səbəblərini araşdıracağıq»

Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutku gənclər yığmasının  Bakıdakı məğlubiyyətini şərh edib.

Sport7.az Rusiya mətbuatına istinadla xəbər verir ki, prezident gənclərdən belə oyun gözləmədiyini etiraf edib: «2-ci hissəni izlədim və çox təəccübləndim. Belə məğlubiyyəti gözləmirdim. Əlsində, oyunçu seçimimiz yaxşıdır. Azərbaycanın bizə 3 cavabsız qolu necə vurmasını anlamadım. Oyunu da bəyənmədim. İndi hansısa nəticəyə gəlmək çətindir. Məğlubiyyətin səbəblərini araşdıracağıq».

Xatırladaq ki, Yaşar Vahabzadənin çalışdırdığı U-21 millimizin bu gün Bayıl stadionunda rusiyalı həmyaşıdlarını 3:0 hesabıyla məğlub edib.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *