«Viktoriya»nın baş məşqçisi «Qarabağ»la oyuna ciddi hazırlaşırıq»

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində «Qarabağ»ın rəqibi olan «Viktoriya»nın baş məşqçisi Roman Pivarnik Bakıda keçiriləcək cavab matçından danışıb. Sport7.az xəbər verir ki, Çexiya təmsilçisinin çalışdırıcı oyuna ciddi hazırlaşdıqlarını bildirib:

«Bakıdakı oyuna ciddi hazırlaşırıq. İlk oyundan fərqli olaraq cavab matçında əlimizə düşən qol imkanlarından yararlanmalıyıq. Buna görə də hücum futboluna üstünlük verəcəyik. «Qarabağ»a qədər çempionat matınçda «Pihlava» ilə qarşılaşacağıq. Düşünürəm ki, oyunlar arasındakı fasilə normaldı. Dörd günə futbolçularım «Qarabağ»la oyuna hazır olacaq».

Qeyd edək ki, 0:0 hesabı ilə başa çatan ilk qarşılaşmanın revanşı avqustun 2-si, saat 20:30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *