Viktoriyanın baş məşqçisi: Düdelanj — Qarabağ matçını izləmək istərdim

Çexiyanın «Viktoriya» klubunun baş məşqçisi Roman Pivarnik UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin püşkatmasına münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib:

«Bizim özümüzə rəqib seçmək kimi imkanımız yoxdur. Bizə yalnız yaxşı hazırlaşmaq qalır ki, ilk rəqibimizi mübarizədən kənarlaşdıraq. Gələn həftə Lüksemburq «Düdelanj»ı ilə Azərbaycan çempionu «Qarabağ» arasında cavab oyunu baş tutacaq. Bu oyunu izləmək istərdim. Əlbəttə, rəqiblərimiz barədə nə qədər çox məlumatımız olsa, bir o qədər yaxşıdır».

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *