Viktoriya rəsmisi Qarabağla bağlı səhvə görə üzr istədi

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində «Qarabağ»ın rəqibi olan Çexiya çempionu «Viktoriya»nın rəsmi saytında Ağdam klubu ilə bağlı kobud səhvə yol verildiyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, Plzen klubunun mətbuat xidmətinin rəhbəri Vatslav Qanzlik Bakıdakı cavab oyunu öncəsi həmin səhvə aydınlıq gətirib və qarşı tərəfdən üzr istəyib:

«Qarabağ»ın bizə rəqib olduğunu öyrənəndən sonra bu komanda ilə bağlı «Vikipediya»dan məlumat toplamağa qərar verdik. Səhv də bu zaman baş verib. Amma səhvin olduğunu bilən kimi, həmin məlumatı dərhal saytdan sildik. Bir daha belə bir səhv baş verdiyi üçün üzr istəyirik».

Qeyd edək ki, «Viktoriya»nın saytında «Qarabağ»ın qondarma Dağlıq Qarabağ Respublikasının tərkib hissəsi olan Ağdamı təmsil etdiyinə dair məlumat yerləşdirilmişdi.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *