«Viktoriya» — «Qarabağ» matçının vaxtı açıqlandı

Çempionlar Liqasında yeganə təmsilçimiz «Qarabağ» üçüncü təsnifat mərhələsində Çexiya «Viktoriya»sı ilə qarşılaşacaq. Sport7.az xəbər verir ki, sözügedən qarşılaşmanın başlama vaxtı müəyyənləşib.

Məlum olduğu kimi, tərəflərin ilk görüşü Plzendə baş tutacaq. İyulun 26-da «Dusan Arena»da üz-üzə gələcək komandalar saat 22:15-də matçın baş hakiminin start fiti ilə oyuna başlayacaq.

Cavab matçı isə bir həftə sonra Bakıda keçiriləcək.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *