Van Damm möhtəşəm qələbəsinə görə Zabit Səmədovu təbrik etdi (VİDEO)

Məşhur azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov bir neçə gün öncə Çeçenistanın paytaxtı Qroznı şəhərində «Qroznaya bitva — 13″ çərçivəsində döyüşdə əzəli rəqibi Polşa əsilli avstraliyalı Pol Slavinskiyə qalib gəlib.
BAKU.WS atv.az-a istinadla verdiyi məlumata görə, idmançımızı bu qələbə münasibəti ilə təbrik edənlər arasında məşhur amerikalı aktyor Jan-Klod Van Dammda var. O, bu münasibətlə Zabit Səmədova zəng edib.
Xatırladaq ki, Azərbaycan əsilli döyüşçü Zabit Səmədovun daha bir möhtəşəm qələbə qazandığı barədə yazmışdıq. 4 ay aradan sonra rinqə çıxan həmyerlimiz Çeçenistanın Qroznı şəhərində prinsipial döyüşdə 7 il əvvəlki intiqamını alıb. «Qroznaya bitva — 13” adlı döyüş gecəsi çərçivəsində «Axmat” klubunu təmsil edən Zabit polşalı Pol Slovinski ilə qarşılaşıb və onu məğlub edib.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *