Vəli Qasımov: «Qarabağ»a Çempionlar Liqasında uğurlar arzu edirəm»

Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində keçirilən «Neftçi» — «Qarabağ» matçı ağdamlıların 2:1 hesablı qələbəsi ilə yekunlaşdı. Sport7.az xəbər verir ki, qarşılaşmadan sonra bakılıların çalışdırıcısı Vəli Qasımov oyunla bağlı fikirlərini səsləndirib:

«Futbolçularımız vuruşdular ki, qələbə qazansınlar. «Qarabağ»ı təbrik edirəm. Onlara Çempionlar Liqasında uğurlar arzu edirəm. Rəqibin ustalığı öz sözünü deyir. Biz də risk edib əvəzetmələrə əl atdıq. Araz Abdullayevlə bağlı heç bir problem yoxdu. İstənilən vaxt meydanda ola bilər. Qapıda Aqil Məmmədova güvənməyimdə səbəb onun təcrübəli olmasından irəli gəlirdi. Biz kubokla yanaşı, çempionatı da yaddan çıxarmırıq. Sona qədər mübarizə aparacağıq».

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *