Vəli Qasımov: Qarabağ AZAL-a uduzmaqla təəccübləndirdi

«Neftçi»nin idman direktoru Vəli Qasımov Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində «Sumqayıt» üzərində qazandıqları qələbədən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

«Komandanın toplanışdan sonrakı ilk oyunda çıxışından razı qaldım. Bu, Bakıdakı toplanışın istədiyimiz kimi keçməsindən xəbər verir. «Sumqayıt»dan bir qədər yaxşı çıxış etdik və layiqli qələbə qazandıq. Hesabat turunda liderlərin əksəri xal itirdi. «Qarabağ» AZAL-a 0:1 hesabıyla uduzmaqla təəccübləndirdi. Halbuki, onlar yaxşı hazırlıq keçmişdilər və hər şey qaydasında idi. Amma AZAL da artırmaqda davam edir».

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *