Ulrix Kapolonqo: Qarabağ Avroliqada əla çıxış etdi

«Qarabağ»ın sabiq hücumçusu Ulrix Kapolonqo Ağdam klubunun Avropa Liqasının qrup mərhələsindəki çıxışını şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

«Qarabağ»da oynadığım günləri yaxşı xatırlayıram. Hər şey çox yaxşı idi. Mən komandadan getməyi heç istəmirdim. Amma elə vəziyyət yarandı ki, getməli oldum. Hazırda «Teplitse»dəyəm. Hər şey yaxşıdır. Baxmayaraq ki, hələ qol vurmamışam. «Qarabağ»ın Avroliqadakı çıxışına gəlincə, keçmiş komandam əla oynadı. Adlı-sanlı rəqiblərlə görüşlərdə çox yaxşı təsir bağışladılar. Onlara növbəti Azərbaycan çempionluğu və avrokuboklarda uğurlu yeni mövsüm arzulayıram».

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *