UEFA reytinqində «Qarabağ» öndədir

Azərbaycan klublarının UEFA reytinqindəki mövqeyi müəyyənləşib. Ən yaxşı göstəriciyə malik komandamız yenə «Qarabağ»dır. UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Lüksemburq «Düdelanj»ı ilə mübarizə aparan təmsilçimiz Bakıdakı qələbə sayəsində mövqeyini yaxılaşdırmağa nail olub. Ağdam klubu hazırda 13,500 reytinq xalı sayəsində 120-ci sıradadır. «Qarabağ»ın rəqibi «Düdelanj» 240-cı, üçüncü təsnifat mərhələsindəki potensial rəqib — Çexiya «Viktoriya»sı isə 48-cidir.

Avropa Liqasındakı təmsilçimiz «Neftçi» 9,250 reytinq xalı ilə 154-cüdür. Bakılıların Avroliqanın ikinci təsnifat mərhələsi çərçivəsində Bakıda qolsuz heç-heçəyə razılaşdığı Makedoniya «Şkendiya»sı 364-cüdü pillədə qərarlaşıb. Üçüncü təsnifat mərhələsində bu iki komandadan birini gözləyən Çexiyanın «Mlada Boleslav» komandası isə 159-cudur.

«Qəbələ» 5,750 xalla Avropada 206-cı komandadır. Avroliqanın ikinci təsnifat mərhələsində səfərdə Macarıstan MTK-sına qalib gələn qəbələlilərin rəqibi isə 337-ci sırada qərarlaşıb. Üçüncü təsnifat mərhələsində bu iki komandadan biri ilə görüşəcək Fransanın «Lille» klubu isə 86-cıdır.

Avroliqadakı digər təmsilçimiz «Kəpəz» də UEFA-nın yeni reytinqində irəliləyib. Gəncə klubu 3,500 reytinq xalı ilə 309-cudur. Komandamızın Avroliqanın ikinci təsnifat mərhələsi çərçivəsində səfərdə uduzduğu Avstriya «Admira»sı isə 220-ci pillədə qərarlaşıb. Bu komandaların biri ilə üçüncü təsnifat mərhələsində qarşılaşacaq Çexiya «Slovan»ı da 80-ci sıradadır.

Azərbaycanın UEFA-nın reytinq cədvəlindəki digər təmsilçilərinə gəlincə, «İnter» 5,500 xalla 216-cı, «Xəzər Lənkəran» 4,000 xalla 283-cü, «Bakı» 3,250 xalla 318-cidir.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Əsas sözlər