Toğrul Əsgərov Avropanın ən yaxşı idmançısı seçildi (VİDEO)

Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində Milli Olimpiya Komitələrinin Assosiasiyasının 20-ci Baş Assambleyası keçirilir.

Assambleyada Azərbaycan Respublikası Gənclər və İdman Naziri Azad Rəhimov, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-nin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva iştirak edirlər.

2012-ci il London Yay Olimpiya Oyunlarının və Bakıda keçirilən ilk Avropa Oyunlarının qalibi sərbəst güləşçimiz Toğrul Əsgərov Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilən Milli Olimpiya Komitələrinin Assosiasiyasının 20-ci Baş Assambleyasında mükafatlandırılıb.

Azərbaycan Güləş Federasiyasından verilən xəbərə görə, Əsgərov Avropa qitəsinin ən yaxşı kişi idmançısı adına layiq görülüb. Mükafatı Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki təqdim edib.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *