Zirə

zire-logoSentyabrın 5-də Bakı Biznes Mərkəzində “Zirə” peşəkar futbol klubu ictimaiyyətə təqdim olundu.
Mərasimdə klubun təsisçisi Tural Əliyev ölkəmizdə idmana göstərilən dövlət qayğısından, Azərbaycan futbolunun inkişafı istiqamətində həyata keçirilən layihələrdən söz açdı.
Bildirdi ki, “Zirə” futbol klubunun müasir tələblərə cavab verən infrastrukturu mövcuddur. Heydər Əliyev Fondunun dəstəyi ilə Zirədə Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Komandamız da məşq və oyunlarını burada keçirir. Birinci divizionun debutantı olacaq komandanın qarşısına hədəf kimi Premyer Liqaya vəsiqə qazanmaq qoyulub. Ümid edirəm ki, komandamız cari mövsümdə uğurla çıxış edəcək.
Yüz əlliyə yaxın futbolçunun hazırlıq prosesində baxışdan keçdiyini diqqətə çatdıran klubun prezidenti Vüqar Astanov qurumun bütün lazımi avadanlıqla təchiz olunduğunu vurğuladı. Qeyd etdi ki, futbolçuların qalması üçün hotel, onların daşınması məqsədilə nəqliyyat və digər məsələlər yüksək səviyyədə öz həllini tapıb. Futbolçular onlar üçün yaradılmış şəraitdən maksimum istifadə edərək ölkə çempionatında yüksək yerlər uğrunda mübarizə aparacaqlar.
“Zirə”nin baş məşqçisi Bəhram Şahquliyev yeni yaradılan komanda barədə məlumat verdi, tezliklə klubun akademiyasının və aşağı yaş qrupları üzrə komandaların fəaliyyət göstərəcəyini diqqətə çatdırdı.
Sonra komandanın ev və səfər oyunlarında geyəcəyi formalar, klubun atributları ictimaiyyətə təqdim olundu.
Qeyd edək ki, “Zirə” komandası birinci divizionda ilk oyununu sentyabrın 7-də MOİK kollektivinə qarşı keçirəcək.

 

Соревнования
Premyer Liqa
Сезоны
2015/16, 2016/17
Хозяева
Zirə Arena

Nəticə

2 - 0
"Qarabağ" Stadionu

Qarabağ — Zirə

0 - 2
Premyer Liqa
2015/16
Zirə Arena

Zirə - Qarabağ

2 - 0
Premyer Liqa
2015/16
"Qarabağ" Stadionu

Qarabağ - Zirə

0 - 0
Premyer Liqa
2015/16
Zirə Arena

Zirə - Qarabağ

4 - 1
Premyer Liqa
2015/16
"Qarabağ" Stadionu

Qarabağ - Zirə