Şəmkir

shemkirKlub 1954-cü ildə Şəmkirdə yaranmışdır.Müxtəlif vaxtlarda 9 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir. Üç dəfə qızıl, iki dəfə gümüş medal, bir dəfə də bürünc medal qazanmışdır.Futbol üzrə Azərbaycan Kubokunun finalında 2 dəfə oynamışdır.Çempionlar Liqasında təsnifat mərhələsini adlayan ilk Azərbaycan klubu olan «Şəmkir» Latviyanın ən titullu klubu olan Skontonu Bakıda 4-1 hesabı ilə məğlubiyyətə uğratmışdı. 2001/2002 mövsümü yarımçıq dayandırılan zaman Şəmkir FK 1-ci pillədə idi və 3-cü çempionluğuna çox yaxınlaşmışdı.2003-2004 mövsümü çempionu Neftçini məğlub edən yeganə komanda məhz Şəmkir FK olmuşdu (3-1). Həmin il Bakıda keçirilən cavab görüşü isə 2-2 hesablı heç-heçə ilə bitmişdi. 2004-cü ildə keçirilən Azərbaycan kuboku finalında əlavə vaxtda ilk qolu məhz Şəmkir klubu vursa da — hakim İmamxan Sultani qolu qeydə almamışdı. Bütün mətbuat orqanlarında qolun haqsız yerə sayılmaması qeyd olundu. Bu final matçından sonra klubun əksər aparıcı futbolçuları komandadan ayrıldılar.2004/2005 mövsümünü 11-ci yerdə (18 klub arasında) bitirməsinə baxmayaraq mövsümlərarası fasilədə maliyyə çatışmazlığı ucbatından fəaliyyətini dayandırmışdı.

YENİ TARİX:
2009-cu ilin sonlarında Pekin Olimpiadasının bürünc mükafatçısı Mövlud Mirəliyevin təşəbbüsü ilə 4 illik fasilədən sonra yenidən bərpa olunmuş və komandanın baş məşqçisi postuna vaxtilə bu klubun şərəfini qorumuş sabiq müdafiəçi Faiq Cabbarov təyin olunmuşdur.Klub ev oyunlarını yeni istifadəyə verilmiş Şəmkir İdman Olimpiya Kompleksi stadioyonunda keçirməyə başladı.2010/2011 mövsümünün gedişində Anar Kələntərov baş məşqçi təyin olundu və klub I divizionda mövsümün sonunda 9-cu pillədə qərarlaşdı.2013-cü ildə klubun baş məşqçisi Ruslan Abbasov təyin edildi.
Son mövsumdəki çıxışı — 2014/2015


Klub mövsüm ərzində 30 futbolçunun xidmətindən istifadə etmiş və turnir cədvəlini 9-cu pillədə başa vurmuşdur. Aktivində 5 qələbə, 7 heç-heçə və 14 məğlubiyyət olan Şəmkir FK 22 xalla mövsümü bitirmişdir.2015 ci ilin Yanvarında kluba sponsor tapıldı və Başq məqşçi Kamran Əlibabayev təyin olundu.

 

Klubun rəsmi adı:Şəmkir Futbol Klubu
Rəngləri:ağ-qırmızı
Ləqəbi:Şəmkirlilər
Yaranma tarixi: 1954
Stadionu:Şəmkir Olimpiya İdman Kompleksi
Tutumu:2,500 nəfər
Baş məşqçisi:Kamran Əlibabayev
Liqa:I Divizion
Mövsüm:2014-2015

Uğurları:

Azərbaycan çempionatı:
Qızıl medal (3) — 1999/2000, 2000/2001, 2001/02
Gümüş medal (2) — 1998/1999, 2003/2004
Bürünc medal (1) — 1997/1998
Azərbaycan Kuboku:
Finalçı (3) — 1998/1999, 2001/02, 2003/2004

4 dəfə Avropa kuboklarında iştirak etmişdir. Azərbaycanı 2 dəfə UEFA Kubokunda və 2 dəfə də UEFA Çempionlar Liqasında təmsil etmişdir.

2010-cu il noyabrın 26-da açıqlanan klublarının XXI əsr üçün reytinqində ilk onilliyi 92,5 xal ilə Azərbaycan klubları arasında 10-cu, dünyada isə 790-cı pillədə başa vurmuşdur.

Azərbaycan çempionatı:
Qızıl medal (3) — 1999/2000, 2000/2001, 2001/02
Gümüş medal (2) — 1998/1999, 2003/2004
Bürünc medal (1) — 1997/1998
Azərbaycan Kuboku:
Finalçı (3) — 1998/1999, 2001/02, 2003/2004

Соревнования
Azərbaycan kuboku
Сезоны
2015/16

Nəticə

2 - 0
Azərbaycan kuboku
2015/16
"Qarabağ" Stadionu

Qarabağ - Şəmkir