Rudar

FK-Rudar-small

“Qarabağ” Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Çernoqoriya çempionu “Rudar”la qarşılaşacaq. “Rudar” Plevlya şəhərini təmsil edir. Komandanın əsası 1920-ci ildə qoyulub. “Rudar” ev oyunlarını 10 min tamaşaçı tutumuna malik olan “Qradski” stadionunda keçirir. Komandanı Nikola Rakeyeviç çalışdırır. UEFA reyqtinqində 338-ci olan “Rudar” ev oyunlarında göy, səfər matçlarında isə ağ formada çıxış edir.

Bayaq da qeyd etdiyimiz kimi, “Rudar”ın əsası 1920-ci ildə qoyulub. Komanda indiki adını 1955-ci ildə alıb.

“Rudar” ilk dəfə 2009/10 mövsümündə ölkə çempionu olub. Son mövsümdə isə komanda tarixi ərzində ikinci dəfə qızıl medallara sahib çıxıb. “Rudar” həm də 3 dəfə (2007, 2010, 2011) Çernoqoriya kubokunu qazanıb.

2011-ci ildə Çempionlar Liqasında debüt edən “Rudar” ilk mərhələni uğurla adlasa da, ikinci turda Bolqarıstan çempionu “Liteks”ə hər iki oyunda uduzub — 0:4; 0:1.

Avroliqada 4 dəfə iştirak edən “Rudar” cəmi 1 dəfə mərhələ adlayıb. Çernoqoriya təmsilçisi 2013-14 mövsümündə Ermənistan təmsilçisi “Mika”nı mübarizədən kənarlaşdırsa da, ikinci mərhələdə “Şlensk”ə (Polşa) uduzub. Maraqlıdır ki, 2012-13 mövsümündə də “Rudar” Ermənistan klubu ilə qarşılaşıb (“Şirak”) və mərhələ adlaya bilməyib.

Son mövsümdə “Rudar”ən heyətində cəmi 6 əcnəbi çıxıb edib: 3 bosniyalı, 2 serb və 1 yapon futbolçu.

Соревнования
Çempionlar Liqası
Сезоны
2014/15
Хозяева
Qradski

Nəticə

0 - 0
Çempionlar Liqası
2014/15
Tofiq Bəhramov

Qarabağ vs Rudar