Bakı

baki“Bakı” Futbol Klubu 2004-cü ildən bu adı daşısa da, onun tarixi XX əsrə gedib çıxır. 1997-ci ildə “Çinar Polis Akademiyası” və “Qartal-95” klublarının birləşməsindən “Dinamo” yarandı və bu klub öz növbəsində “Bakı”nın varisi sayılır. Təsadüfi deyil ki, “Bakı” futbol klubun tarixi məhz 1997-ci ildən hesablanır və bu tarix klub logotipində öz əksini tapıb.

“Qartal-95” 1996/97-cı illər mövsümündə birinci dəstədə final mərhələsinin yekununa əsasən 6-cı yeri tutaraq güclülər dəstəsinə vəsiqə qazana bilməmişdi. “Çinar Polis Akademiyası” hələ 1995/96-cı illər mövsümündə mübarizə apardığı birinci dəstədə 2-ci pillənin sahibi kimi güclülər dəstəsinə yüksəlmişdi.

2000-2001-ci illərdə «Bakılı» Futbol Klubu ilə birləşib və «Dinamo-Bakılı» adlandırılıb. 2004-cü ildən etibarən klubu «BAGHLAN GROUP» şirkətlər qrupu himayəyə götürüb. Elə həmin ildən də klubun adı dəyişdirilərək «Bakı» adlandırılıb.

Bundan sonra «Bakı» klubu iki dəfə Azərbaycan Çempionu, Azərbaycan Çempionatının gümüş və bürünc mükafatçısı, 3 dəfə Azərbaycan Kubokunun sahibi kimi titullar qazanmağı bacarıb, ölkənin ən iddialı klublarından birinə çevrilib.

2008-ci ilin yayından etibarən klub infrastrukturunun yaradılması və inkişaf etdirilməsi sahəsində fəaliyyətə start verilib.

2011-cu ildə klubun təlim-məşq bazası futbolçuların ixtiyarına verilib. «Bakı» futbol klubunun akademiyası faəliyyətə başlayıb. 2011-cu ilin 6 sentyabr tarixində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev «Bakı»nın bazasını ziyarət etmişdir. Burada gördüklərindən məmnun qalan dövlət başçısı mükəmməl infrastruktura malik «Bakı»nı digər klublara nümunə göstərmişdir.

Hazırda burada 250-ə yaxın gənc və yeniyetmə futbolun sirlərini öyrənir. Onlara Türkiyədən dəvət olunmuş təcrübəli mütəxəssislər rəhbərlik edirlər.

2011-ci ildə klubun təlim-məşq bazasının inkişaf etdirilmsi məqsədi ilə quruculuq işlərinin ikinci mərhələsinə start verilib. Bunun nəticəsində 4 yeni futbol meydanı tikilib, istifadəyə verilib.

2012-ci ildə klubun xarici əlaqələri əhəmiyytəli şəkildə genişlənib. Klubumuz İspaniyanın «Atletiko» Madrid və Fransanın «Lans» klubları ilə əməkdaşlıq barədə müqavilələr izmalayıb. Bunun nəticəsində «Bakı»nın gənc və perspektivli futbolçuları İspaniya və Fransa kimi ölkələrdə təcrübə keçmək və oynamaq imkanı əldə ediblər.

Соревнования
Azərbaycan kuboku, Premyer Liqa
Сезоны
2014/15
Хозяева
Bakı Futbol Klubu Stadionu

Azərbaycan Premyer Ligası 2014/15

Поз.KlubOQMXal
1Kangaroos2206
2Eagles2103
315000
4Bluebirds2000
52000
51000
72000
82000
91000
102000
113000

Nəticə

1 - 1
Premyer Liqa
2014/15
Bakı Futbol Klubu Stadionu

Bakı vs Qarabağ

1 - 4
Azərbaycan kuboku
2014/15
Bakı Futbol Klubu Stadionu

Bakı vs Qarabağ

3 - 0
Azərbaycan kuboku
2014/15
Tofiq Bəhramov

Qarabağ vs Bakı

4 - 1
Premyer Liqa
2014/15
Tofiq Bəhramov

Qarabağ vs Bakı