Qarabağ

10363249_1523757104541190_7829438432596489588_n

«Qarabağ» futbol klubu — Azərbaycanın Ağdam şəhərini təmsil edən peşəkar futbol klubu.

Adları

«Məhsul»: 1951—1977
«Şəfəq»: 1977—1982
«Kooperator»: 1982—1987
«Qarabağ»: 1987—2001
«Qarabağ-Azərsun»: 2001—2004
«Qarabağ»: 2004-cü ildən indiyə kimi
Qeyd edək ki, komandanın yaranma tarixi 1951-ci ildən başlasa da, «Qarabağ» adı ilə 1987-ci ildə yaranmışdır.

1950-ci illər

1953-cü ildə Ağdamda futbol komandası

Klubun yaranma tarixi 1950-ci illərin əvvəllərinə təsadüf edir. Belə ki, 1951-ci ildə Ağdam şəhər stadionunun tikintisi başa çatdıqdan sonra klubun da peşəkar bir idman təşkilatı kimi formalaşdırılması sahəsində ciddi işlər görüldü.

1960-cı illər

Yarandığı gündən sonra bir müddət «Məhsul» adı ilə çıxış edən «Qarabağ» ilk dəfə 1966-cı ildə Azərbaycan SSR çempionatında iştirak etmişdir. Həmin il çempionatı 4-cü yerdə başa vuran «Qarabağ» 4 il ardıcıl olaraq ölkə birinciliyində mübarizə apardı. Bu illər ərzində ən yaxşı nəticəni 1968-ci ildə 2-ci yeri tutmaqla qazandı. Lakin 1968-ci ildən sonra baxımsızlıq üzündən Ağdam uzun müddət ölkə çempionatlarında təmsil olunmadı.

1970-1980-ci illər

 

«Qarabağ» «İmarət»də. 1988/1989 mövsümü

1977-ci ildə «Qarabağ» yenidən «Şəfəq» adı ilə bərpa edildi. Elə həmin il «Şəfəq» Azərbaycan SSR çempionatının 2-ci dəstəsində yarışdı. «Şəfəq» 1982-ci ilə qədərAğdam futbolunun yeganə təmsilçisi oldu. 1982-ci ildən 1987-ci ilə qədər isə klub «Kooperator» adı ilə yarışlara qatıldı. «Qarabağ» ilk dəfə Azərbaycan SSRçempionu adına 1988-ci ildə – Azərbaycan keçmiş SSRİ-nin tərkibində olarkən layiq görüldü. Həmin çempionluqdan sonra «Qarabağ» SSRİ çempionatının 2-ci dəstəsinə vəsiqə qazandı. 1989-cu ildə «Qarabağ» SSRİ çempionatının 9-cu zonasında yarışdı[2]. 1990-cı ildə SSRİ çempionatının 2-ci dəstəsinin zona yarışlarında dəyişiklik edildiyindən «Qarabağ» Azərbaycan SSR çempionatının zona yarışlarında iştirak etmək məcburiyyətində qaldı.

1990-cı illər

1990-cı illərin əvvəlləri

1991-ci ildə SSRİ dağılandan sonra Azərbaycan Respublikasının müstəqil futbol çempionatı təşkil olundu. «Qarabağ» Azərbaycanın yeganə klublarından biridir ki, ilk çempionatdan başlayaraq indiyə qədər keçirilən çempionatların hamısında iştirak edib. Təbii ki, müstəqillik illərində «Qarabağ»ın ağır günləri də az olmayıb. Azərbaycan tarixinin ən qara günlərdən biri olan Ağdam şəhərinin işğalı günü (23 iyul 1993-cü il) «Qarabağ» komandasının tarixində də ən qara gündür – həmin tarixdən etibarən komanda «qaçqın klub» kimi fəaliyyət göstərir.

Qeyd edək ki, 1992-1993-cü illərdə rəqiblərini Ağdamda qəbul edən «Qarabağ» burada 28 oyun keçirib. «Qarabağ» Ağdamda keçirdiyi son 22 matçda qalib gəlib. Əyalət təmsilçisinin evdə son məğlubiyyətindən isə daha uzun 27 oyunluq seriya keçir. Maraqlıdır ki, «Qarabağ»ın Ağdamda uduzduğu yeganə oyun onların müstəqilik tarixindəki ilk qarşılaşması olub. Və məğlubiyyətlə başlayan tarix qələbə seriyası ilə davam edib[3]

«İmarət»də…

  • … son oyun — «Qarabağ» – Turan Tovuz 1:0 (Azərbaycan kubokunun yarımfinalı, 12.05.1993)
  • … son qol — Yaşar Hüseynov («Qarabağ» – Turan Tovuz 1:0, Azərbaycan kubokunun yarımfinalı, 12.05.1993)
  • … son fiti çalan hakim — Rüstəm Rəhimov («Qarabağ» – Turan Tovuz 1:0, Azərbaycan kubokunun yarımfinalı, 12.05.1993)
  • … son sarı vərəqə — Vəli Hüseynov (Qarabağ – Turan Tovuz 1:0, Azərbaycan kubokunun yarımfinalı, 12.05.1993)
  • … son çempionat oyunu — «Qarabağ» – Xəzər Sumqayıt 1:0 (09.05.1993)
  • … son qırmızı vərəqə — Aqil Məmmədov (Qarabağ – Xəzər Sumqayıt 1:0, 09.05.1993)
  • … son penalti — Mehman Alışanov (Qarabağ – Xəzər Sumqayıt 1:0, 09.05.1993)
  • … qonaqların son qolu — Samir Ələkbərov (Qarabağ – Neftçi Bakı 2:1, Azərbaycan kubokunun ¼ finalı, 28.04.1993)
  • … son heç-heçə — Qarabağ – Kəpəz 0:0 (24.06.1992)
  • … son məğlubiyyət — Qarabağ – İnşaatçı Sabirabad 1:2[3]

1990-cı illərin sonları

XX əsrin son illərində klub maddi sıxıntılardan ciddi əziyyət çəkirdi. Məhz bu səbəbdən 1998-2001-ci illərdə ölkə çempionatının güclülər dəstəsində zəif nəticə göstərdi. Üstəlik maddi vəziyyət klubun aparıcı futbolçularının da «Qarabağ»ı tərk etməsinə gətirib çıxartdı.

Bütün bunlara baxmayaraq belə bir çətin dövrdə «Qarabağ» Avrokuboklarda mübarizə aparmışdır. Azərbaycan klublarından ilk dəfə mərhələ adlayan «Qarabağ»ın uğuru da məhz bu dövrə təsadüf edir. İsrailin Makkabi Hayfa klubu ilə baş tutmuş oyunların nəticəsində klub qələbə qazanaraq mərhələ adlamışdır. Azərbaycan futbolunun tarixində ilk dəfə olaraq Azərbaycana «böyük beşlik» təmsilçisi gəlmişdir. Bu Fransanın Monpelye klubu idi.

2000-ci illər

Qarabağ-Azərsun

XXI əsrin əvvəlində klub maddi problemlərlə üz-üzə qaldı. Bu problemlər 2001–ci ildə Azərbaycanda fəaliyyət göstərən ən böyük holdinqlərdən biri olan «Azərsun» şirkətinin komandanı sponsorluğa götürməsindən sonra həll olundu. «Azərsun» Holdinq şirkəti «Qarabağ»ın inkişafı üçün əməli işə girişdi. Şirkətin prezidenti Abdulbari Gözəlın bilavasitə şəxsi köməkliyi ilə komandanın maddi problemləri həll olundu. İmkansızlıq ucbatından digər klublara keçmiş eks-qarabağlılar heyətə qaytarıldı və həmin dövrdən klub «Qarabağ-Azərsun» adı ilə çıxış etməyə başladı.

Maddi vəziyyətin düzəlməsi klubun nəticələrinə də təsir göstərdi. 2001-ci ildə «Qarabağ-Azərsun» ölkə çempionatında 9–cu yeri tutsa da qarşıdakı mövsümə hazırlıq işləri ciddi gedirdi və iddiası böyük olan klubun qarşısına ən yüksək yerləri tutmaq vəzifəsi qoyulmuşdu. Lakin həmin dövrdə Azərbaycan futbolunda baş verən böhran səbəbindən ölkədə 2002-2003-cü ildəki çempionat yarımçıq dayandırıldığı üçün qarşıya qoyulan məqsədə nail olmaq mümkün olmadı.

Azərbaycan futbolundakı böhran başa çatdıqdan sonra, 2003-cü ildə «Qarabağ-Azərsun»un rəhbər strukturunda bir sıra dəyişikliklər aparıldı və Tahir Qoozal komandanın vitse-prezidenti təyin edildi. Tahir Qoozalın kluba gəlişindən sonra «Qarabağ»ın tarixində sanki yeni səhifə açıldı. Komandanın ölkə çempionatında uğur qazanması üçün bütün imkanlar səfərbər edildi. Və məhz bu səylərin nəticəsi idi ki, 2003-2004-cü il mövsümündə «Qarabağ» uzun fasilədən sonra yenidən Azərbaycan çempionatının mükafatçıları sırasında yer aldı və birincilikdə ilk dəfə bürünc medalları qazandı.

Tarixi adın bərpası və yeni loqotip

«Qarabağ»ın rəhbərliyi 2004-2005-ci il mövsümündə İsveçdə yaşayan təcrübəli məşqçi İqor Ponomaryovu baş məşqçi postuna təyin etdi. Bundan sonra qısa zamanda Azərbaycanın müxtəlif yaş qruplarına aid yığma komandalarının üzvü olan bir sıra futbolçular heyətə cəlb olundu. Tahir Gözəlin təşəbbüsü ilə 2004-cü ildə «Qarabağ»ın tarixi adı özünə qaytarıldı və komanda yenidən bu adla adlandırılmağa başlandı. Bundan başqa Tahir bəy klub üçün yeni loqotip də hazırlatdırdı. İngiltərədə dizaynerlər tərəfindən hazırlanan bu loqotipdə «Qarabağ»ın simvolu olan Qarabağ atları təsvir olunub. Loqotipi bundan başqa futbola aid müxtəlif atributlar bəzəyir[4].

Qarabağ (Ağdam)-loqo-qədim.png
Qarabağ (Ağdam)-loqo.png
Əvvəlki loqotip İndiki loqotip

Qurban Qurbanov komandanın «sükanı arxasında»

2008-ci ildən komandanın baş məşqçi Qurban Qurbanovdur

Hələ 1999-cu ildə «Qarabağ» avrokubokda ilk mərhələ adlayan Azərbaycan təmsilçisi kimi tarixə düşsə də, sonradan ta ki, Qurban Qurbanov komandanın «sükanı arxasına» keçənədək bu uğurun davamı gəlməmişdir. Baş məşqçi kimi ilk iş yeri olan «Neftçi» (Bakı) klubundan istefaya göndərildikdən sonra gənc çalışdırcı 2008-ci ildə Ağdam təmsilçisi ilə anlaşır. Bundan sonra işğal altında olan bir rayonu təmsil edən klubun sonrakı illərdəki uğurlarının əsas memarı olur[5].

Klubun rəngləri

GOY

 

 

Ləqəbləri

Komandanın konkret bir ləqəbi olmasa da, müəyyən dövrlərdə müəyyən ləqəbləri qazanmışdır. Azarkeşlərin və yerli medianın ona verdiyi bu ləqəblər aşağıdakılardır:

«Atlılar»

«Qarabağ»ın ləqəbləri içərisində ən qədimi «Atlılar» ləqəbidir. Ləqəb «Qarabağ» atları ilə əlaqəlidir. İngiltərədə xüsusi dizaynerlər tərəfindən hazırlanan loqotipdə də «Qarabağ»ın simvolu olan atlar təsvir olunub.

«Qaçqın klub»

1993-cü ildə Ağdam şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra doğma İmarət stadionundan didərgin düşən komanda məcburi olaraq «Qaçqın klub» adını almışdır.

«Qafqazın «Barsasi»

Qardaşlaşdığı komandalar

«Qarabağ»ın ilk qardaşlaşdığı komanda Niderlandın Enshede şəhərinin Tvente klubudur. Onlar bu barədə 2009-cu ilin yayında – UEFA Avropa Liqasının pley-off mərhələsində qarşılaşdıqları zaman razılığa gəliblər. Bu razılığın ilkin nəticəsi olaraq «Qarabağ»ın gənc futbolçusu Vaqif Cavadov Tvente klubuna transfer olunmuşdur. Vaqif 11 yanvar 2010-cu ildə Tvente klubu ilə 4,5 illik (3,5 + 1 il[6]) müqaviləyə imza atıb.[7].

«Qarabağ»ın bütün qardaşlaşdığı komandaların siyahısı aşağıdakı kimidir:

  • Flag of the Netherlands.svg Tvente[8][9][10]

Uğurları

Ölkədaxili turnirlərdə

Azərbaycan Superkuboku
    • Qalib (1) — 1994
Azərbaycan çempionatı
    • Qızıl medal (2) — 1993, 2013/2014
    • Gümüş medal (3) — 1993/1994, 1996/1997, 2012/2013
    • Bürünc medal (4) — 2001/2002, 2003/2004, 2009/2010, 2010/2011
Azərbaycan Kuboku
    • Qalib (3) — 1993, 2005/2006, 2008/2009
    • Finalçı (3) — 1995/1996, 1997/1998, 1999/2000
Azərbaycan SSR Milli Futbol Çempionatı
    • Çempion (2) — 1988, 1990
Azərbaycan SSR Milli Futbol Kuboku
    • Çempion (1) — 1990

Beynəlxalq arenada ən yaxşı nəticələri

UEFA Avropa Liqası
    • Qrup merhelesi (1)-2014/2015

Pley-off (3) — 2009/2010, 2010/2011, 2013/2014

Birlik Kuboku
    • 5-ci yer (1) — 1994

Azərbaycan Çempionatında və Kubokunda

Mövsüm Liqa Yer O Q H M VT BT Xal Ölkə kuboku VT[11]
1992 Güclülər dəstəsi 4 36 24 7 5 76 26 55 iştirak etməyib
1993 Güclülər dəstəsi 1 18 9 7 2 23 11 25 Qalib 25
1993/1994 Güclülər dəstəsi 2 30 21 7 2 52 12 49 1/2 final 16
1994/1995 Güclülər dəstəsi 4 24 13 6 5 42 31 32 1/8 final 4
1995/1996 Güclülər dəstəsi 5 20 4 9 7 25 26 21 Finalçı 13
1996/1997 Güclülər dəstəsi 2 30 23 2 5 61 25 71 1/2 final 14
1997/1998 Güclülər dəstəsi 4 26 14 7 5 43 22 49 Finalçı 19
1998/1999 Güclülər dəstəsi 4 36 20 6 10 50 29 66 1/8 final 9
1999/2000 Güclülər dəstəsi 8 22 5 10 7 21 25 25 Finalçı 6
2000/2001 Güclülər dəstəsi 9 20 5 4 11 19 34 19 1/8 final 1
2001/2002 Güclülər dəstəsi 3 32 16 3 13 50 44 51 1/8 final 6
2002/2003 oynanılmadı
2003/2004 Güclülər dəstəsi 3 26 19 3 4 63 17 60 1/2 final 12
2004/2005 Güclülər dəstəsi 6 34 22 5 7 61 31 71 1/8 final 12
2005/2006 Güclülər dəstəsi 5 26 12 4 10 32 32 40 Qalib 14
2006/2007 Güclülər dəstəsi 8 24 6 9 9 20 27 27 1/8 final 8
2007/2008 Premyer Liqa 5 26 11 8 7 25 16 41 1/4 final 11
2008/2009 Premyer Liqa 5 26 14 7 5 35 22 49 Qalib 9
2009/2010 Premyer Liqa 3 22 11 9 2 21 12 42 1/4 final 6
2010/2011 Premyer Liqa 3 32 17 7 8 41 22 58 1/8 final[12] 0
2011/2012 Premyer Liqa 4 32 15 8 9 37 28 53 1/2 final 6
2012/2013 Premyer Liqa 2 32 16 11 5 43 26 59 1/2 final 6
2013/2014 Premyer Liqa 1 36 21 9 6 66 21 72 1/4 final 2

Azərbaycan çempionatında yubiley qolları[13]

yubiley
qolu
müəllif tarix rəqib meydan yubiley
qolunun
dəqiqəsi
1 Mehman Alışanov 03.05.1992 İnşaatçı Sabirabad e 4
100 Səttar Əliyev 30.09.1993 Xəzər Sumqayıt e 69
200 Müşfiq Hüseynov 01.10.1995 Kür-Nur Mingəçevir e
300 Bəxtiyar Musayev 22.11.1997 Neftçi Bakı e 64
400 Elmir Xankişiyev 03.04.2000 Şəfa Bakı s 13
500 Eldəniz Məmmədov 13.09.2003 Şahdağ-Samur s 89
600 Vasif Haqverdiyev 29.04.2006 MOİK Bakı e 14
700 Rəşad Sadiqov 06.12.2009 Qəbələ s 78
800 Rəşad Sadıqov 19.08.2012 Sumqayıt s 21
900 Muarem Muarem[14] 27.04.2014 Neftçi Bakı s 51

UEFA turnirlərində

Əsas məqalə: Azərbaycan klubları UEFA turnirlərində
UEFA.png

«Qarabağ» UEFA bayrağı altında keçirilən və Azərbaycan klublarının qatıldığı 5 qitə turnirinin 4-də, ümumilikdə 10 dəfə iştirak edib. «Qarabağ»ın iştirak etmədiyi yeganə turnir UEFA Çempionlar Liqasıdır.

UEFA turnirlərindəki statistika

Mənbə: uefa.com
Son yenilənmə: 30 avqust 2014

Competition Oyunlar Q H M VT BT
UEFA Çempionlar Liqası 4 3 0 1 7 3
UEFA Kuboku / UEFA Avropa Liqası 36 15 10 11 40 43
UEFA Kuboklar Kuboku 4 0 1 3 1 12
UEFA İntertoto Kuboku 4 1 0 3 2 11
Cəmi 48 19 11 18 50 69

UEFA turnirlərindəki oyunlar

Mövsüm Turnir Mərhələ Rəqib I oyun II oyun Nəticə
1996/1997 UEFA Kuboklar Kuboku I t/m. Flag of Finland.svg MüPa-47 (e) 0:1 (s) 1:1 ə.v. 1-2
1997/1998 UEFA Kuboku I t/m. Flag of the Czech Republic.svg Yablonets (s) 0:5 (e) 0:3 0-8
1998/1999 UEFA Kuboklar Kuboku I t/m. Flag of Denmark.svg Kopenhagen (s) 0:6 (e) 0:4 0-10
1999 UEFA İntertoto Kuboku I mər. Flag of Israel.svg Makkabi Hayfa (s) 2:1 (e) 0:1 2-2 s.q.
II mər. Flag of France.svg Monpelye (e) 0:3 (s) 0:6 0-9
2004/2005 UEFA Kuboku I t/m. Flag of Slovakia.png Dukla Banska-Bistritsa (s) 0:3 (e) 0:1 0-4
2006/2007 UEFA Kuboku I t/m. Flag of Moldova.svg Zimbru Kişinyov (e) 1:1 (s) 1:2 ə.v. 2-3
2009/2010 UEFA Avropa Liqası II t/m. Flag of Norway.svg Rusenborq (s) 0:0 (e) 1:0 1-0
III t/m. Flag of Finland.svg Honka (Tapiolan) (s) 1:0 (e) 2:1 3-1
pley-off Flag of the Netherlands.svg Tvente (s) 1:3 (e) 0:0 1-3
2010/2011 UEFA Avropa Liqası I t/m. Flag of Macedonia.svg Metallurq Skopye (e) 4:1 (s) 1:1 5-2
II t/m. Ulster banner.svg Portadaun (s) 2:1 (e) 1:1 3-2
III t/m. Flag of Poland.svg Visla Krakov (s) 1:0 (e) 3:2 4-2
pley-off Flag of Germany.svg Borussiya Dortmund (s) 0:4 (e) 0:1 0-5
2011/2012 UEFA Avropa Liqası I t/m. Flag of Lithuania.svg Banqa Qarqjday (s) 4:0 (e) 3:0 7-0
II t/m. Flag of the Faroe Islands.svg EB/Streymur (s) 1:1 (e) 0:0 1-1 s.q.
III t/m. Flag of Belgium (civil).svg Brügge (s) 1:4 (e) 1:0 2-4
2013/2014 UEFA Avropa Liqası I t/m. Flag of Macedonia.svg Metallurq Skopye (e) 1:0 (s) 1:0 2-0
II t/m. Flag of Poland.svg Piast (e) 2:1 (s) 2:2 ə.v. 4-3
III t/m. Flag of Sweden.svg Gefle (e) 1:0 (s) 0:2 3-0
pley-off Flag of Germany.svg Ayntraxt Frankfurt (e) 0:2 (s) 1:2 1-4
2014/2015 UEFA Çempionlar Liqası II t/m. Flag of Malta.svg Valletta (e) 4:0 (s) 0:1 5-0
III t/m. Flag of Austria.svg Zalsburq (e) 2:1 (s) 2:0 2-3
2014/2015 UEFA Avropa Liqası II t/m. Flag of the Netherlands.svg Tvente (e) 0:0 (s) 1:1 1-1 s.q.
F qrupu Flag of France.svg Sent-Etyen (e) 0:0 (s) 1:1 1-1
Flag of Italy.svg İnter Milan (e) 0:0 (s) 2:0 0-2
Flag of Ukraine.svg Dnepr Dnepropetrovsk (e) 1:2 (s) 0:1 2-2

UEFA turnirlərində «Qarabağ»ın Azərbaycan siftələri

«Qarabağ» avrokuboklarda Azərbaycanın bir sıra «siftə»lərinə imza atıb. Belə ki, avrokuboklarda səfərdə ilk xal məhz bu komanda sayəsində qazanılıb. Ağdam klubu qitə miqyasında debüt mövsümündə Bəxtiyar Musayevin vurduğu qol sayəsində buna nail olmuşdu. Həmin qol Azərbaycan klublarının UEFA Kuboklar Kubokunda vurduğu ilk və son qol idi[15].

Azərbaycan klublarından avrokuboklarda ilk dəfə mərhələni İsrailin Makkabi Hayfa klubunu yenən «Qarabağ» keçib. «Qarabağ»ın məşqçisi Müşfiq Hüseynov 1999-cu ildə hücumçu kimi UEFA İntertoto Kubokunda Hayfa təmsilçisi ilə görüşdə etdiyi dublla qələbənin memarı olub – 2:1. Bu, eyni zamanda Azərbaycan klublarının Avropa miqyasında ilk səfər qələbəsi kimi tarixə düşüb[15].

Nəhayət, UEFA Kubokunun xələfi, UEFA Avropa Liqası adlanan turnirdə iki mərhələni ilk keçən də «Qarabağ»dır. 2009-cu ildə Skandinaviya təmsilçilərini yenən ağdamlıların xüsusilə Rusenborq kimi güclü klubu turnirdən kənarlaşdırması Avropada da böyük əks-səda doğurdu[15].

2010-cu ildə isə UEFA Avropa Liqasında ardıcıl üç mərhələ keçərək daha bir tarix yazdı. Bu da Azərbaycan futbolu tarixində ilk dəfə idi. Həmin turnirin III təsnifat mərhələsində Visla Krakov klubunun mübarizədən kənarlaşdırılması isə Azərbaycan futbolundakı «Polşa sindromu»na son qoydu[16].

2011-ci ilin 30 iyununda UEFA Avropa Liqasında ilk dəfə Azərbaycan komandası səfərdə 3 və ya daha çox top fərqi ilə qalib gəldi ki, bu qələbə də Banqa Qarqjday klubunu səfərdə 4:0 hesabı ilə məğlub edən «Qarabağ»ın aktivindədir. Bu qələbə eyni zamanda Azərbaycanın avrokuboklarda ən böyük hesablı qələbəsidir[17].

Birlik Kubokundakı iştirakı

CISCup.png
Əsas məqalə: Azərbaycan Birlik Kubokunda

Ağdamlılar 1994 və 2004-cü illərdə 2 dəfə Birlik Kubokunda iştirak etmişdir.

Birlik Kubokundakı bütün oyunları

Tarix Mərhələ Adı Rəqib Hesab
2-ci Birlik Kuboku – Moskva 1994
1 29.01.1994 Qrup Qarabağ Flag of Tajikistan.svg Sitora 4:0
2 30.01.1994 Qrup Qarabağ Flag of Lithuania.svg Romar 2:1
3 31.01.1994 Qrup Qarabağ Flag of Georgia.svg Dinamo Tbilisi 0:3
12-ci Birlik Kuboku – Moskva 2004
4 17.01.2004 Qrup Qarabağ-Azərsun Flag of Russia.svg U-18 0:1
5 18.01.2004 Qrup Qarabağ-Azərsun Flag of Moldova.svg Şerif Tiraspol 0:0
6 20.01.2004 Qrup Qarabağ-Azərsun Flag of Lithuania.svg Kaunas 0:3

Birlik Kubokundakı nəticəsi

İl Yer Adı O Q H M T/F B Xal
1994 5 Qarabağ 3 2 0 1 6:4 +2 6
2004 13 Qarabağ-Azərsun 3 0 1 2 0:4 -4 1
2 turnir V yer Cəmi 6 2 1 3 6:8 -2 7

İFFHS reytinqində

2009/2010 mövsümündə «Qarabağ»ın Avropa Liqasındakı uğurlu çıxışı komandanın reytinqinin yüksəlməsinə səbəb olub. Azərbaycanın müstəqillik tarixində ilk dəfə reytinq gətirən yarışda 2 mərhələ keçən komanda 11 xal toplamaqla Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) reytin cədvəlində dünyanın 350 ən güclü klubunun sırasına düşüb. «Qarabağ» İFFHS-in siyahısında 418-ci pillədən 279-cu yerə yüksəlib.[18][19][20][21] Növbəti ayda daha 20 pillə irəliləyən «Qarabağ» aktivindəki 76,5 xal ilə «CAPS United Harara» (Zimbabve») və «Falkirk» (Şotlandiya) komandaları ilə birgə 259-cu pilləyə şərik çıxmışdır[22]. Dünya klublarının reytinq cədvəlində yüksəlişi davam etdirən Ağdamlılar 2009-cu ilin dekabr ayının əvvəlinə olan reytinqdə 249-cu pillədə qərarlaşmışdır[23].

2010/2011 mövsümündə də «Qarabağ»ın uğurlu çıxışı davam etmişdir. Belə ki, 30 iyul 2010-cu ildə açıqlanmış son siyahıda isə «Qarabağ» 88,5 xal ilə 189-cu pillədə qərarlaşmışdır[24].

2010-cu il noyabrın 26-da açıqlanan klublarının XXI əsr üçün reytinqində isə ilk onilliyi 357 xal ilə Azərbaycan klubları arasında 2-ci, dünyada isə 339-cu pillədə başa vurmuşdur[25].

2013-cü ilin ən güclü 200 klubu arasında «Qarabağ» 111-ci olub.[26]
2014-cü ilin aprel ayında açıqlanan yeni reytinq siyahısında isə «Qarabağ» 112-ci sırada qərarlaşıb.[27]

Fanatları

Qarabağ FK ən böyük azarkeş qrupu olan İmarət Noyabr 2009 cu ildə yaranıb(https://az.wikipedia.org/wiki/%C4%B0mar%C9%99t_fan_klubu).adını Qarabağın Ağdamdakı stadionun adından götürən azarkeş qrupunun məqsədi yalnız Qarabağı dəstəkləmək deyil, həm də Qarabağ həqiqətlərini dünyaya çatdırmaqdır.İmarət fan klubunun İmarət Avropa və İmarət Türkiyə kimi bölmələri var.əsas idaredici orqan İdarə Heyətidir.

PES üzvü

Göstərdiyi nəticələrlə diqqət cəlb edən «Qarabağ» 2014-cü ildə dünyanın ən məşhur oyunlarından sayılan «Pro Evolution Soccer»in (PES) üzvünə çevrilib. Oyunun məxsus olduğu «Konami»nin mühəndisləri 2014-cü il üçün nəzərdə tutulan «PES 2015»-ə «Qarabağ»ın da adını daxil ediblər. Azarkeşlər bu oyunu noyabrın ortalarından əldə edə biləcəklər.[28]

Heyəti

Soccer Field Transparant.svg

Flag of Bosnia and Herzegovina.svg
Şehiç
Flag of Azerbaijan.svg
Medvedev
Flag of Azerbaijan.svg
Sadıqov
Flag of Azerbaijan.svg
Hüseynov
Flag of Albania.svg
Aqolli
Flag of Azerbaijan.svg
Qarayev
Flag of Brazil.svg
Almeyda
Flag of Brazil.svg
Çumbinyo
Flag of Azerbaijan.svg
Nadirov
Flag of Macedonia.svg
Muarem
Flag of Brazil.svg
Reynaldo
Tvente-Qarabağ oyununa start heyəti, avqust 2014

2014/2015 mövsümü üçün heyəti (10 avqust 2014)

N. Ölkə Mövqeyi Oyunçu
1 Flag of Azerbaijan.svg QK Fərhad Vəliyev
2 Flag of Azerbaijan.svg YM Qara Qarayev
3 Flag of Azerbaijan.svg DF Tərlan Quliyev
5 Flag of Azerbaijan.svg DF Maksim Medvedev
6 Flag of Azerbaijan.svg YM Hacı Əhmədov
7 Flag of Azerbaijan.svg YM Namiq Yusifov
9 Flag of Brazil.svg FV Reynaldo
10 Flag of Macedonia.svg YM Muarem Muarem
11 Flag of Brazil.svg YM Danilo Dias
13 Flag of Bosnia and Herzegovina.svg QK İbrahim Şehiç
14 Flag of Azerbaijan.svg DF Rəşad Sadıqov (Kapitan)
17 Flag of Azerbaijan.svg FV Vüqar Nadirov
N. Ölkə Mövqeyi Oyunçu
18 Flag of Azerbaijan.svg DF İlqar Qurbanov
20 Flag of Brazil.svg YM Riçard Almeyda
21 Flag of Azerbaijan.svg YM Tural Rzayev
23 Flag of Azerbaijan.svg FV Tural İsgəndərov
24 Flag of Albania.svg DF Admir Teli
25 Flag of Albania.svg DF Ansi Aqolli
33 Flag of Azerbaijan.svg YM Şəhriyar Əliyev
41 Flag of the Netherlands.svg YM Leroy Corc
55 Flag of Azerbaijan.svg DF Bədavi Hüseynov
70 Flag of Brazil.svg YM Çumbinyo
77 Flag of Azerbaijan.svg YM Cavid Tağıyev
99 Flag of Azerbaijan.svg FV Namiq Ələsgərov

İcarə

N. Ölkə Mövqeyi Oyunçu
Flag of Azerbaijan.svg YM Toğrul Bilallı (2015-ədək Zirədə)

Komandanın keçmişində əməyi olanlar

Keçmişindəki məşhur futbolçular

  • Flag of Azerbaijan.svg Müşfiq Hüseynov
  • Flag of Azerbaijan.svg Samir Abbasov
  • Flag of Azerbaijan.svg Samir Musayev
  • Flag of Azerbaijan.svg Tərlan Əhmədov
  • Flag of Azerbaijan.svg Vaqif Cavadov
  • Flag of Azerbaijan.svg Aslan Kərimov
  • Flag of Azerbaijan.svg Anatoli Ponomaryov
  • Flag of Azerbaijan.svg Sahil Kərimov
  • Flag of Azerbaijan.svg Vidadi Rzayev
  • Flag of Azerbaijan.svg Rəşad Sadiqov
  • Flag of Azerbaijan.svg Zaur Ramazanov
  • Flag of Georgia.svg Aleksandr Qoqoberişvili
  • Flag of Georgia.svg Georgi Adamiya
  • Flag of Macedonia.svg Artyom Şakiri
  • Flag of Russia.svg Əliyar İsmayılov
  • Flag of Ukraine.svg Denis Sokolovski
  • Flag of Azerbaijan.svgElvin Məmmədov

Əvvəlki baş məşqçiləri

  • Flag of the Soviet Union.svg Allahverdi Bağırov
  • Flag of Azerbaijan.svg Ağasəlim Mircavadov
  • Flag of Azerbaijan.svg Böyükağa Ağayev
  • Flag of Azerbaijan.svg Elşad Əhmədov
  • Flag of Azerbaijan.svg Şahin Diniyev
  • Flag of Azerbaijan.svgFlag of Sweden.svg İqor Ponomaryov
  • Flag of Azerbaijan.svg Elxan Abdullayev
  • Flag of Turkey.svg Rasim Kara

Əvvəlki prezidentləri

  • Flag of Azerbaijan.svg Yunis İldırımzadə

İndiki rəhbərlik

Mənbə:[1]

Vəzifəsi Adı
Prezident Flag of Turkey.svg Abdulbari Gözəl
Vitse-prezident Flag of Turkey.svg Tahir Gözəl
Klub direktoru Flag of Turkey.svg Əmrah Çəlikəl
Maliyyə direktoru Flag of Turkey.svg Murat Karaman
İdarə və Maliyyə işlər üzrə menecer Flag of Azerbaijan.svg Asif Əsgərov
Mətbuat katibi Flag of Azerbaijan.svg Nurlan İbrahimov
Baş məşqçi Flag of Azerbaijan.svg Qurban Qurbanov
Məşqçi Flag of Bulgaria.svg Cudomir Cakarov
Məşqçi Flag of Azerbaijan.svg Müşviq Hüseynov
Məşqçi Flag of Azerbaijan.svg Elxan Həsənov
Məşqçi Flag of Azerbaijan.svg Elçin Rəhmanov
Məşqçi Flag of Azerbaijan.svg Zaur Tağızadə
Tərcüməçi Flag of Azerbaijan.svg Əfqan Xəlilli

Keyta «Qarabağ»a gəlir

«Qarabağ» Polşanın «Lex» klubunda forma geyinən Məhəmməd Keytanı transfer edə bilər. Bu barədə Polşanın «Metro» nəşri məlumat yayıb. Məlumata görə,

Əfran İsmayılov “269”da dayandı (VİDEO)

“Qarabağ”ın futbolçusu Əfran İsmayılov klubdakı qol həsrətinə son qoyub. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi cari mövsümdə ilk qolunu Premyer Liqanın

«Qarabağ» «Zirə»yə qarşı

Bu gün Azərbaycan Premyer Liqada 17-ci tura start veriləcək. Qol.az-ın xəbərinə görə, ilk oyun gününə iki görüş nəzərdə tutulub. “Qəbələ” öz

Vüqar Nadirovdan növbəti qol

Əvəzedici heyətlərin çempionatında 17-ci tura start verilib. Qol.az-ın xəbərinə görə, “Qarabağ” öz meydanında “Zirə”ni qəbul edib. Qarşılaşma Ağdam klubunun 2:1

Reynaldosuz, Kintanasız…

Dekabrın 26-da ölkə kubokunun ¼ final mərhələsinin cavab qarşılaşması çərçivəsində «Qarabağ” «Sumqayıt”ın qonağı olacaqdı. Hələ ilk qarşılaşmada «köhlən atlar” cütün

Соревнования
Avropa Liqası, Azərbaycan kuboku, Çempionlar Liqası, Premyer Liqa
Сезоны
2014/15, 2015/16, 2016/17
Хозяева
"Qarabağ" Stadionu

Nəticə

2 - 0
"Qarabağ" Stadionu

Qarabağ — Zirə

1 - 2
Premyer Liqa
2016/17
AZAL Arena

Azal — Qarabağ

1 - 1
Premyer Liqa
2016/17
"Qarabağ" Stadionu

Qarabağ — Neftchi

0 - 2
Premyer Liqa
Sumqayıt şəhər stadionu

Sumqayıt — Qarabağ

1 - 0
"Qarabağ" Stadionu

Qarabağ - Qəbələ

1 - 0
"Qarabağ" Stadionu

Qarabağ - Sumqayıt

0 - 2
Premyer Liqa
2015/16
Zirə Arena

Zirə - Qarabağ

2 - 0
Premyer Liqa
2015/16
"Qarabağ" Stadionu

Qarabağ - Inter

1 - 2
Premyer Liqa
2015/16
Bakcell Arena

Neftchi - Qarabağ

4 - 0
Premyer Liqa
2015/16
"Qarabağ" Stadionu

Qarabağ - Kəpəz

1 - 2
Premyer Liqa
2015/16
Xəzər Lənkəran" Mərkəzi Stadionu

Xəzər L. - Qarabağ

5 - 1
Premyer Liqa
2015/16
"Qarabağ" Stadionu

Qarabağ - Rəvan

1 - 2
Premyer Liqa
2015/16
Qəbələ şəhər stadionu

Qəbələ - Qarabağ

0 - 2
Premyer Liqa
2015/16
Sumqayıt şəhər stadionu

Sumqayıt - Qarabağ

1 - 4
Sumqayıt şəhər stadionu

Sumqayıt - Qarabağ

2 - 0
Premyer Liqa
2015/16
"Qarabağ" Stadionu

Qarabağ - Zirə

2 - 0
Azərbaycan kuboku
2015/16
"Qarabağ" Stadionu

Qarabağ - Sumqayıt

1 - 1
Premyer Liqa
2015/16
İnter Arena

Inter - Qarabağ

2 - 0
Premyer Liqa
2015/16
"Qarabağ" Stadionu

Qarabağ - Neftchi

1 - 2
Premyer Liqa
2015/16
Gəncə şəhər stadionu

Kəpəz - Qarabağ

3 - 0
Premyer Liqa
2015/16
"Qarabağ" Stadionu

Qarabağ - Xəzər L.

1 - 0
Premyer Liqa
2015/16
AZAL Arena

Azal - Qarabağ

0 - 1
2015/16

Qarabağ - Yagelloniya

3 - 4
2015/16

Qarabağ - Admira Vakker

4 - 0
2015/16
"Qarabağ" Stadionu

Qarabağ - Diosqior

1 - 0
"Qarabağ" Stadionu

"Qarabağ"- "Rot Weiß Essen"

1 - 1
"Qarabağ" Stadionu

Qarabağ - Qəbələ

2 - 2
Premyer Liqa
2015/16
"Qarabağ" Stadionu

Qarabağ - Sumqayıt

0 - 0
Premyer Liqa
2015/16
Zirə Arena

Zirə - Qarabağ

2 - 1
Avropa Liqası
2015/16
Constant Vanden Stock Stadium

"R.S.C. Anderlecht" - "Qarabağ"

1 - 0
Premyer Liqa
2015/16
"Qarabağ" Stadionu

Qarabağ - Inter

2 - 0
Azərbaycan kuboku
2015/16
"Qarabağ" Stadionu

Qarabağ - Şəmkir

1 - 0
Premyer Liqa
2015/16
Bakcell Arena

Neftçi - Qarabağ

3 - 0
Premyer Liqa
2015/16
"Qarabağ" Stadionu

Qarabağ - Kəpəz

0 - 1
Premyer Liqa
2015/16
Xəzər Lənkəran" Mərkəzi Stadionu

Xəzər Lənkəran - Qarabağ

1 - 1
Avropa Liqası
2015/16
Tofiq Bəhramov

"Qarabağ" - "AS Monaco FC"

2 - 0
Premyer Liqa
2015/16
"Qarabağ" Stadionu

Qarabağ - Azal

1 - 0
Premyer Liqa
2015/16
"Qarabağ" Stadionu

Qarabağ - Rəvan

1 - 0
Premyer Liqa
2015/16
Sumqayıt şəhər stadionu

"Sumqayıt" 1 - 0 "Qarabağ"

1 - 0
Avropa Liqası
2015/16
Stade Louis II

AS Monaco FC - Qarabağ

4 - 1
Premyer Liqa
2015/16
"Qarabağ" Stadionu

Qarabağ - Zirə

0 - 2
İnter Arena

Inter - Qarabağ

2 - 3
Premyer Liqa
2015/16
Gəncə şəhər stadionu

Kəpəz - Qarabağ

3 - 1
Avropa Liqası
2015/16
White Hart Lane

Tottenham F.C. vs Qarabağ

1 - 0
Premyer Liqa
2015/16
Tofiq Bəhramov

Qarabağ vs Xəzər L.

3 - 0
Avropa Liqası
2014/15
Tofiq Bəhramov

"Qarabağ" vs "Young Boys"

0 - 2
Premyer Liqa
2015/16
AZAL Arena

Azal vs Qarabağ

1 - 2
Premyer Liqa
2015/16
Bayıl stadionu

"Rəvan" - "Qarabağ"

2 - 2
Premyer Liqa
2015/16
Qəbələ şəhər stadionu

Qəbələ 2 - 2 Qarabağ

0 - 0
Çempionlar Liqası
2014/15
Tofiq Bəhramov

Qarabağ (Azərbaycan) - "Seltik" (Şotlandiya)

1 - 0
Çempionlar Liqası
2014/15
Celtic Park

"Seltik" (Şotlandiya) - Qarabağ (Azərbaycan)

0 - 0
Çempionlar Liqası
2014/15
Tofiq Bəhramov

Qarabağ vs Rudar

2 - 1
Premyer Liqa
2014/15
İnter Arena

Inter vs Qarabağ

1 - 0
Premyer Liqa
2014/15
Tofiq Bəhramov

Qarabağ vs Sumqayıt

1 - 1
Premyer Liqa
2014/15
Xəzər Lənkəran" Mərkəzi Stadionu

Xəzər Lənkəran vs Qarabağ

1 - 1
Premyer Liqa
2014/15
Qəbələ şəhər stadionu

Qəbələ vs Qarabağ

3 - 2
Premyer Liqa
2014/15
Bakcell Arena

Qarabağ vs Neftchi

0 - 0
Azərbaycan kuboku
2014/15
Zaqatala şəhər stadionu

Simurq vs Qarabağ

0 - 2
Premyer Liqa
2014/15
Zaqatala şəhər stadionu

Simurq vs Qarabağ

1 - 0
Azərbaycan kuboku
2014/15
İnter Arena

Qarabağ vs Simurq

2 - 1
Premyer Liqa
2014/15
Bakcell Arena

Qarabağ vs Azal

1 - 1
Premyer Liqa
2014/15
Bakı Futbol Klubu Stadionu

Bakı vs Qarabağ

0 - 0
Premyer Liqa
2014/15
Bakcell Arena

Qarabağ vs Inter Bakı

1 - 2
Premyer Liqa
2014/15
Sumqayıt şəhər stadionu

Sumqayıt vs Qarabağ

1 - 4
Azərbaycan kuboku
2014/15
Bakı Futbol Klubu Stadionu

Bakı vs Qarabağ

1 - 0
Premyer Liqa
2014/15
Tofiq Bəhramov

Qarabağ vs Xəzər L.

3 - 0
Azərbaycan kuboku
2014/15
Tofiq Bəhramov

Qarabağ vs Bakı

0 - 1
Premyer Liqa
2014/15
Tofiq Bəhramov

Qarabağ vs Qəbələ

0 - 1
Premyer Liqa
2014/15
Bakcell Arena

Neftchi vs Qarabağ

1 - 0
Premyer Liqa
2014/15
Tofiq Bəhramov

Qarabağ vs Simurq

0 - 1
Premyer Liqa
2014/15
AZAL Arena

Azal vs Qarabağ

4 - 1
Premyer Liqa
2014/15
Tofiq Bəhramov

Qarabağ vs Bakı

2 - 0
Premyer Liqa
2014/15
Tofiq Bəhramov

Qarabağ vs Sumqayıt