Tahir Gözəl: “Reynaldo getməli idi, getdi” (VİDEO)

“Qarabağ”ın prezidenti Tahir Gözəl Topaz Premyer Liqanın 15-ci turunda “Neftçi” ilə oyundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb.

Qol.az-ın xəbərinə görə, o,  bir sıra məsələyə münasibətini açıqlayıb.

— Əvvəlcə oyun haqda fikirlərinizi bilmək istərdik…

— “Neftçi”ni təbrik edirəm. Komandaya fiziki cəhətdən güclü, yaxşı oyunçular cəlb ediblər. Hesab edirəm ki, təzə futbolçuları komandaya hələ tam uyğunlaşmayıb. Amma buna baxmayaraq, matça yüksək motivasiya ilə çıxmışdılar. “Neftçi” hər zaman hörmət etdiyim rəqibdir. Bu gün rəqibi belə görmək məni sevindirdi. Çünki rəqiblərimizin güclənməsi Avropada uğurlarımızın artması deməkdir. “Qarabağ” da öz oyununu oynadı, matç boyu pressinq etdi. Çox gözəl, sürətli oyun izlədik.

— Meydançada hansı futbolçunu gözünüz axtarırdı?

— Məncə, bütün futbolçular meydanda idi. Hər şey qaydasında idi. Bizim gənc qapıçımız da bu matçda özünü sübut etdi.

— Reynaldonun komandadan gedişinə görə təəssüfləniriniz?

— Reynaldo üçün mən daxil, hər kəs darıxır. Bu, futboldur. Getməli idi, getdi. Yeni klubunda uğurlar arzu edirəm. Amma düşünürəm ki, hücum xəttində xeyli futbolçumuz var və yetərincə yaxşı oynayırlar.

— Premyer Liqadakı rəqibləriniz qış fasiləsində xeyli güclənib. “Qarabağ”ın çempionluq  yolunun daha çətin olacağını düşünürsünüz?

— Əlbəttə… “Qarabağ”a qarşı oyunda rəqiblər hər zaman maksimum güc sərt etməyə çalışırlar. Söz yox ki, qarşıda bizi çətin oyunlar gözləyir.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Əsas sözlər