Tahir Gözəl: “Biz super “Qarabağ” istəyirik” (VİDEO)

“Qarabağ” klubunun prezidenti Tahir Gözəl komandasının Azərbaycan kubokunun yarımfinalında “İnter”ə 4:0 hesabı ilə qalib gəldiyi oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Qol.az-ın məlumatına görə,  o, daha güclü “Qarabağ” görmək istədiyini bildirib

— «Qarabağ» «İnter»ә qalib gәldi. Hesab böyükdür. Amma biz daha yaxşı komanda istәyirik. Qurban Qurbanovla bu barədə danışacam. «Qarabağ» kifayәt qәdәr yaxşı oynayır.  Ancaq  daha yaxşısını istәyirik. Avropada hәdәflәrimiz böyükdür. Bu komanda super oynamır. Biz super «Qarabağ» istәyirik. Migel Madera geydiyi formanın haqqını verir. Reynaldo da getdikcə daha yaxşı çıxış edir.

— «Qarabağ»ın super oynamamasının sәbәbi çempionatın sәviyyәsinin aşağı düşmәsidir?

— Bәlkә dә. Rәqibin heyәtindә yaxşı futbolçular var. Onlar gәncdirlәr vә sürәtlidirlәr. Bizim komandamız tәcrübәlidir.

— Komandanın istədiyiniz kimi oynamamasının sәbәbini Qurban Qurbanovdan soruşmusunuz?

— Onun öz fikirlәri var. Bunu da onun özündәn soruşmaq lazımdır. Fikrimcә, komandanın Avstriyadakı tәlim-mәşq toplanışının müddәtini artırmaq lazımdır. Bu, bizә kömәk edәcәk.

— Yeni transferlәrә ehtiyac var?

— Bunu Qurban Qurbanovun ixtiyarına buraxmışıq. Mәsәlәn, Migel Maderanı gәtirib vә o da ağac kimi meyvә verir. Gözәl oyun göstәrir.

— Konkret olaraq  Çempionlar Liqasının qrupuna düşmәk istәyirsiz?

— Әlbәttә. Komandanın sabit büdcәsi var. Yәni bunun çәrçivәsindә işlәr görәcәyik. Son zamanlar cәbhәdә vәziyyәt gәrgindir. Biz bu il Avropada yaxşı çıxış etmәliyik. İstәyirәm ki, biz Çempionlar Liqasında oynayaq vә bundan sonra torpaqlarımız da qaytarılsın. Biz fәxr edәk vә çox sevinәk.

— Düşünmürsünüz ki, «Qarabağ»ın adına görә dövlәt sizә maddi baxımdan kömәk edә bilәr vә komandaya daha yaxşı futbolçular gәtirә bilәrsiz?

— İndiki vәziyyәtdә bizim büdcә artırmağımız mümkün deyil. Özünüz vәziyyәti bilirsiniz. Amma dövlәt bizә yardım edәcәksә, bunu mәmnuniyyәtlә qәbul edәrik. Amma o da tez bir zamanda olmalıdır. Çünki vaxtımız azdır. Әgәr elә olsa, biz dә prezidentimiz İham Әliyevә minnәtdar olarıq vә bu futbolçulara, komandaya böyük dәstәk olar.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *