Tərlan Əhmədov: “Qarabağ” kimi komandaya qalib gəlmişiksə…”

Bu gün Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulur.

Qol.Az-ın məlumatına görə, AZAL doğma arenada “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edib.

«AZAL Arena»dakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən meydan sahiblərnin baş məşqçisi Tərlan Əhmədov qələbəni belə şərh edib:

«Açığı, fasilədən sonra hər komanda qalib gəlmək istəyir. Biz də buna köklənmişdik. Zədəlilərimiz həddindən artıq çox idi. Buna baxmayaraq, komandanın özəyi qalıb. Ötən il «Qarabağ»a 4 oyunda məğlub olmuşduq. Bu dəfə məğlub ola bilməzdik. Futbolçular sağ olsunlar ki, tapşırıqlarını yerinə yetirdilər. Bu gün də qələbə topunu vurub, qalib gəldik. «Qarabağ» haqda xoş sözlər demək borcumuzdu. Belə komandaya qalib gəlmişiksə, irəlidə nəyəsə nail ola bilərik. Əzmkarlığın sayəsində qələbə qazandıq».

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *