«Slovan»ın kapitanı: «Qarabağ» Azərbaycan komandasıdır deyə…»

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a rəqib olan Çexiyanın “Slovan” klubunun kapitanı Lukaş Pokorni müsahibə verib. fcgarabagh.com həmin müsahibəni təqdim edir:

— Qrup mərhələsinin püşkatması sizi qane etdi?

— Biz püşkdən əvvəl başqa cür düşünürdük. Əslində rəqib kimi “Mançester Yunayted”lə düşmək arzularımız var idi. Çünki dünyanın ən güclü klublarında biri ilə eyni qrupda yer almaq mükəmməl olardı. Bütün komandamız ingilis klubunu arzulayırdı. İndi düşdüyümüz qrup da çətindir. Güclü klublar yer alıb. Amma növbəti mərhələyə adlaya bilərik. Fikirmiz, qrupdan çıxmaqdır.

— “Qarabağ”ı necə tanıyırsız? Hər halda Ağdam klubu Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində sizin həmyerlilərinizə uduzub…

— Onların “Viktoriya” ilə hər iki oyunlarına baxmışdım. Hücum zamanı “Qarabağ” həddən artıq təhlükəli olurdu. Ümumiyyətlə, bu komandanın ön xətti çox güclüdür. Onlara qarşı oynamaq həddən artıq çətin olacaq. “Qarabağ” Azərbaycan komandasıdır deyə motivasiyamızı itirməməliyik.

— Hər kəs “Qarabağ”ın “Viktoriya” ilə matçlarda qələbə qazancağını düşünürdü…

— Çexiyadakı oyun fərqli oldu. “Viktoriya” “Qarabağ”dan güclü idi. Azərbaycan təmsilçisi burda müdafiədə daha yaxşı çıxış edirdi. Amma elə Plzendəki nəticə “Viktoriya”nı növbəti mərhələyə daşıdı.

— “Qarabağ”ın hücum xətti indi daha da güclənib…

— Hücum xəttində daim yer alan 3 futbolçu daha yüksək liqalarda oynamağa qadirdilər. Onların qarşısını almaq çətin olacaq. 9 (Reynaldo), 99 (Dani Kintana) və 10 (Muarem Muarem) nömrəli futbolçuları qeyd edirəm. Onlara qarşı müdafiəçilərimiz çox diqqətli oynamalıdırlar.

— Avropa Liqasının 3-cü təsnifat mərhələsində daha bir Azərbaycan klubu ilə qarşılaşa bilərdiniz. “Kəpəz” Avstriyanın “Admira” klubunu 2-ci mərhələdən kənarlaşdırsaydı, Bakıya gələcəkdiniz. Həmin oyunları izləmişdiniz?

— Əlbəttə. Həmin matçlara baxdıq. Amma onu deyim ki, “Admira” “Kəpəz”dan çox güclü idi. Nəticə də göz önündədir. Ümid edirəm ki, biz də “Qarabağ”dan güclü olacağıq.

— “Fiorentina” qrupun favoritidir. Qrup ikincisi olmaq üçün ən şanslı komanda hansıdır?

— “Fiorentina” sözsüz favoritdir. Qrupda birinci yeri onlar tutacaq. İkinci yer üçün isə şanslar bərabərdir. Hər 3 komanda növbəti mərhələyə adlamaq üçün “döyüşəcək”.

(qafqazinfo.az)

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *