“Slovan”ın futbolçusu: “Qarabağ”ın adını görəndə məyus olduq”

“Hamımız “Mançester Yunayted”lə bir qrupa düşməyi gözləyirdik. Çünki onlarla oynadıqda daha çox inkişaf etmək və özünü göstərmək imkanı qazanırsan”. Apasport.az saytının məlumatına görə, bunu “Slovan”ın futbolçusu Yeqon Vux deyib.

 

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a rəqib olan Çexiya klubu buna heç də sevinmir. Vux yerli mətbuata açıqlamasında təmsilçimizdən çəkindiklərini etiraf edib: “Açığı, “Qarabağ”ın bizim qrupa düşdüyünü gördükdə bir qədər məyus olduq. Çünki onların “Viktoriya” ilə oyunlarını izləmişik. Böyük oyunçuları var və onların oyunlarını izləmək zövq verirdi. Yüksək keyfiyyətli komandadı. Maraqlıdı, bizə qarşı necə oyun ortaya qoyacaqlar?”

 

25 yaşlı yarımmüdafiəçi digər rəqiblər “Fiorentina” və PAOK-u da dəyərləndirib: “Fiorentina” çox maraqlı komandadı. Gözəl şəhərə səfər edəcəyik. PAOK isə Yunanıstanın ən güclü komandalarından biridi. Açığı, mən “Sparta”nın nisbətən asan qrupa düşdüyünü fikirləşirəm. Buna baxmayaraq, biz də zəif deyilik, digərləri kimi, növbəti mərhələ üçün döyüşəcəyik”.

 

Qeyd edək ki, “Slovan” qrupda ilk oyununu məhz “Qarabağ”a qarşı keçirəcək. Bu görüş sentyabrın 15-də Bakıda baş tutacaq.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *