Samir Musayev: Qarabağ onları icarəyə verməklə düzgün addım atdı

Azərbaycan yığmasının sabiq hücumçusu Samir Musayev «Qarabağ»ın Namiq Ələsgərovu «Kəpəz»ə, Vüqar Mustafayevi «Zirə»yə icarəyə verməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

«Fikrimcə, Namiqlə Vüqar başqa kluba keçməklə düzgün addım atdı. «Qarabağ» da bundan qazanır. Çünki bu futbolçular oyun təcrübəsindən əziyyət çəkməyəcəklər, zamanı gələndə Ağdam klubuna hazır qayıdacaqlar. «Qarabağ»ın yeni futbolçularına gəlincə, Rahid Əmirquliyevlə Muarem Muaremin komandaya faydalı olacağını düşünürəm. Ağdam klubunu cari çempionluq yarışında favorit hesab edirəm. Çətin ki, onlar bu şansı əldən versinlər. Bu yolda onlara kiminsə mane olacağını, hansısa çətinlik çəkəcəklərini düşünmürəm».

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *