Şahin Diniyev: «Qarabağ»ı məğlub edib həvəsləniblər»

“Bəlkə də bizi “Qəbələ” ilə oyundan da çətin qarşılaşma gözləyir. Uşaqlar bunu yaxşı dərk edirlər. Çalışacağıq ki, meydanda əlimizdən gələni edək”.

Qol.Az-ın məlumatna görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev klubun rəsmi saytına açıqlamasında deyib.

Topaz Premyer Liqasının 20-ci turunda bu gün AZAL-la keçiriləcək oyundan danışan baş məşqçi görüşün asan olmayacağını bildirib: “Rəqib mübariz komandadır, meydançanın hər qarışı uğrunda vuruşur, motivasiyalıdır. “Qarabağ”ı məğlub ediblər və bu onlarda həvəsi daha da artırıb. Altı oyundur ki, top buraxmırlar”.

Qeyd edək ki, AZAL — «Kəpəz» oyunu saat 13:30-da başlayacaq.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *