Şahin Diniyev: “Qarabağ”a uduzmaq ayıb deyil

Azərbaycan Premyer Liqasının 21-ci turunda «Kəpəz» Gəncədə «Qarabağ»ı qəbul edəcək.

Komanda.az xəbər verir ki, fevralın 14-də keçiriləcək oyun öncəsi «sarı-göylər»in baş məşqçisi Şahin Diniyev klubun saytına matçla bağlı fikirlərini bölüşüb:

«Deməzdim ki, xüsusi hazırlıq planı ilə hazırlaşırıq, adi təqvim oyunudu. Bununla belə, bizi çətin imtahan gözləyir. «Qarabağ» həm heyət, həm oyunçuların səviyyəsi, həm də baş məşqçi baxımından güclüdü. Bunların hamısı vəhdət təşkil edərək ortaya yaxşı komanda çıxarıb.

Ağdam klubuna qarşı əvvəlki iki görüşdə uduzmağımızı uğursuzluq kimi qəbul etmək istəmirəm. «Qarabağ»a uduzmaq ayıb deyil. Onlara qarşı layiqli mübarizə aparmaq, yaxşı futbol sərgiləmək vacibdi. Proqnoz verməyi xoşlamıram. Bizi çempionatda ən ağır, ən çətin oyun gözləyir. Düzdü, bütün görüşlər çətindi, amma qarşıdakı oyun ikiqat ağır olacaq. Birincisi, evdə azarkeşlərimiz önündə oynayacağıq, ikincisi isə ardıcıl iki qələbədən sonra bizdən böyük şeylər gözlənilir. Bu da başadüşüləndi. Bir şeyi unutmayaq ki, nəinki Azərbaycanda, hətta Avropada top klublardan birinə qarşı oynayacağıq. Uğurlu nəticə üçün çalışacağıq, amma buna nə qədər nail ola biləcəyimizi oyun göstərəcək. Azarkeşlər üçün maraqlı matç olacaq».

 

NÖVBƏTİ OYUN

Bluebirds — Eagles

Tofiq Bəhramov
Premyer Liqa

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *