Röya Ayxan: «Rəşad Sadıqovu yuxumda görürdüm» (VİDEO)

«Əvvəl dostlarımla futbola görə dava edirdik»
Əməkdar artist Röya Ayxan Avropa çempionatının səfiri seçilməsi ilə bağlı öz fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, sənətçi bu işin zövqlü olduğunu bildirib:
«AFFA böyük etimad göstərdi, Avropa çempionatı 2016-nın səfiri seçildim. Bu diqqətə ikinci dəfədi ki, layiq görülürəm. İlk dəfə Avropa Oyunlarında avarçəkmə üzrə ulduz seçildim. Bu işin zövqünü duydum, indi isə futbol üzrə səfirəm”.
Röya sosial şəbəkədə əvvəllər futbolla bağlı mübahisələr etdiyini də söyləyib:
«Əvvəl dostlarımla futbola görə dava edirdik. Rəşad Sadıqovu yuxumda da görürdüm. Bu gündən mən də oldum futbolu sevən və əsası odu ki, bütün oyunları birlikdə izləyəcəyik».

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *