Roman Pivarnik — «Qarabağ»ın Bakıda oynaması bizə də təəccüblü gəldi»

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında «Qarabağ»ın qonağı olacaq «Viktoriya»nın baş məşqçisi Roman Pivarnik mətbuat konfransı keçirib. Sport7.az xəbər verir ki, slovakiyalı qarşılaşma ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.

— İlk oyunda qeydə alınan 0:0 hesablı nəticə «Qarabağ»ın müdafiə xəttinin güclü olmasından irəli gəlir, yoxsa hücumçularınızın bacarıqsız olmasından?
— «Qarabağ» kombinassiyalı komandadı. Biz onları təzyiqdə saxladığımız üçün müdafiə olunmağa məcbur qaldılar. Bunun nəticəsində də qol vura bilmədik.

— Sabah kim qalib gələcək, yaxşı müdafiə olunan, yoxsa hücum edən?
— Hər iki komandaya 0:0 hesabı sərf etmir. Çünki məcbur qalıb penaltilərə qədər gedə bilərik. Bunu ikimiz də istəmirik. Məcburuq ki, qol vuraq. Fikrimcə, şanslar bərabərdi.

— Çexiya çempionatına start verilib. Artıq ilk turda rəqibi məğlub etməyi bacarmısız. Buna görə komandada yorğunluq varmı?
— Çempionatda 2 və 6-cı günlər oyunlar olur.İki fərqli heyətə mübarizə aparırıq. Buna görə də yorğunluq olduğunu düşünmürəm.

— İki il öncə «Qarabağ» məhz çex hakim Miroslav Zelinkanın haqsız qərarı ilə Avropa Liqasından kənarda qaldı. Bununla bağlı nə deyə bilərsiz?
— Bundan xəbərim yoxdu. Çünki bu barədə Çexiya mətbuatında xəbərlər yer almamışdı.

— Penaltilər seriyasına xüsusi olaraq hazırlaşmısız?
— İnanıram ki, buna ehtiyac olmayacaq.

— Azərbaycan üçün «Qarabağ» adının necə mühüm olduğunu bilirsiz?

— Mən hər bir konfliktə qarşıyam. Ümid edirəm ki, bu konflikt tezliklə həll olunacaq. «Qarabağ»ın Bakıda oynaması bizə də təəccüblü gəldi.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *