Riçard Almeyda: «Qurban Qurbanov bizi həmişə düzgün şəkildə motivasiya edir»

«Qarabağ»ın braziliyalı futbolçusu Riçard Almeyda «Neftçi» ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

— Matç haqda fikirləriniz?
— «Neftçi» ilə matç derbi oyun sayılır. Belə oyunlar asan keçmir. İlk hissədə bir az tələskənliyimiz var idi. İlk hissədə çoxlu top itkilərimiz oldu. İkinci hissədə oyunumuz yaxşı alındı və istədiyimiz nəticəni əldə bildik.

— Sarı vərəqə alaraq cəzalı duruma düşdün…
— Neçə oyun idi ki mən oynayırdım. Ancaq indi bir matçlıq kənarda qalacağam. Bizim komandada məni əvəz edəcək futbolçular var. Migel Madera da artıq sıraya dönəcək.

— Reynaldo qol vuranda çox sevindin…
— Təbii ki, Reynaldoya görə oldu. Çünki belə səviyyəli futbolçu uzun müddət idi ki yaşıl meydandan kənarda qalmışdı. Qısa müddətdə əvvəli formasını bərpa etməyə çalışır. Hər oyunda qol vurduqca bizi sevindirir. Buna görə də hər qolunda biz komanda olaraq Reynaldonu dəstəkləyirik və buna davam edəcəyik.

— Neçə ildir ki, Azərbaycanda çıxış edirsən. «Qarabağ» digər mövsümlərdən fərqli olaraq daha asan çıxış edir…
— Mövsümləri asan və ya çətin olduğuna görə bölə bilmərəm. Ümumiyyətlə, belə dəyərləndirmirəm. «Qarabağ» uzun müddətdir çox futbolçu birgə oynadığına görə bir-birini yaxşı başa düşür. Komandamıza gələn bir neçə yeni futbolçu da bizim oyun tərzimizə uyğunlaşır. Meydanda bir-birimizi yaxşı başa düşdüyünə görə yaxşı oynayırıq. Rəqiblərin müqavimət göstərmədiklərini deyə bilmərəm. Sadəcə, komandamızda ruh yüksəliyi var. Baş məşqçimiz bizi həmişə düzgün şəkildə motivasiya edir. Heç vaxt məğlubiyətlə barışmır. Bizdən daim ən yaxşısını tələb edir.

— Sarı vərəqə aldığını normal qarşıladığını deyirsən. Ancaq meydanda belə etmədin. Hətta hakimə qarşı qeyri-etik hərəkət etdin…
— Qol sevincini bölüşərkən bir qədər çılğınlığa yol verdim. Həmin anda da «Neftçi»nin qapıçısı Aqil Məmmədovla aramızda gərginlik yarandı. Səhv məndə idi. Bu səbəbdən də sarı vərəqə gördüm. Həm qapıçıdan, həm də baş hakimdən üzr istədim. Qolu belə çılğın şəkildə qeyd etməyə ehtiyac yox idi.

Sportxeber.az

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *