Riçard Almeyda: Premyer Liqadakı hər oyun çətindir

«Qarabağ»ın yarımmüdafiəçisi Riçard Almeyda Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində «Xəzər Lənkəran»a qarşı oyundan (3:0) sonra müsahibəsi.

— «Xəzər Lənkəran»la oyun barədə nə deyə bilərsiniz?
— Rəqib yaxşı müqavimət göstərdi. Amma onların belə çıxış edəcəyini gözləyirdik. Biz bir qədər tələsirdik. Buna görə də tez-tez top itirirdik. Amma ikinci hissədə şanslarımızdan yararlanmağı bacardıq və qələbə qazandıq. Bu qələbə bizim üçün çox vacib idi.

— Rəqib heç də yaxşı günlərini yaşamır. Niyə onların sizə çətinlik yaradacağını gözləyirdiniz ki?
— Çünki bütün oyunlar çətindir. AZAL-la oyunda da çoxlu qol vəziyyətimiz oldu. Amma biz onların heç birindən yararlana bilmədiyimiz halda, meydan sahibləri qol vurub, qalib gəldilər. Qarşıda «Kəpəz»lə oyun var. Həmin oyun daha çətin olacaq. Lakin «Xəzər Lənkəran» üzərindəki qələbədən sonra qarşıdakı oyuna sakitcə hazırlaşa bilərik.

— Komandanız bu görüşdə son oyunlardakı uğursuzluğa görə tələsirdi?
— Ola bilər. Amma siz komandamızın hər oyunda nə qədər qol epizodu yaratdığına baxın.

— «Kəpəz» öz meydanında çox aqressiv və uğurlu çıxış edir…
— Elə buna görə də qarşıdakı oyuna ciddi yanaşmalı, «Kəpəz»i ciddiyə almalıyıq. Oradan bizə lazım olan nəticə ilə qayıdacağımıza ümid edirəm. Buna nail olmaq nə qədər çətin görünsə də.

— Çempionatın sponsoru «Topaz»ın adı formanızın üstündə niyə örtülüb?
— Bu formanı mənə belə veriblər.

azerisport.az

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *