Reynaldoya görə «Qarabağ»a 3 milyon avroluq təklif (FOTO)

Son günlərdə Çin klubları transfer bazarında aktivliyi ilə seçilir.

«Qarabağ”ın futbolçusu da asiyalıların diqqət mərkəzinə düşüb.

Söhbət ağdamlıların qol silahı Reynaldodan gedir. Əldə etdiyimiz özəl məlumata görə, Çinin «Beijinq Enterprises” klubu braziliyalının xidmətində maraqlı olub. Bunun üçün hətta son Azərbaycan çempionuna rəsmi təklif də göndərilib.

Çinlilərin 18 yanvar 2016-cı il tarixində təklif etdiyi məbləğ Azərbaycan futbolu üçün fantastik hesab edilə bilər. Bəli, asiyalılar Reynaldonu heyətinə qataq üçün «Qarabağ”a 3 milyon avro ödəməyə hazır imiş. Reynaldo da bu keçiddən daha çox qazanacaqdı. Belə ki, hər ili üçün ona 1 milyon 200 min avro ödəniləcəkdi.

Çinlilər aparıcı futbolçu ilə 2+1 illik sözləşmə bağlamaq niyyətində olub. Ancaq zədəli olan Reynaldo tibbi baxışdan uğurla keçə bilməyib. Onun zədəli olması «Qarabağ”ı 3 milyon avrodan edib.

«Beijinq Enterprises”in Reynaldo sevdası baş tutmadıqdan sonra, onlar Fransa «Bordo”suna müraciət ediblər. Alternativ variant kimi, eyni şərtlərlə fransızların qolçusu Şeyx Diabateyə təklif irəli sürülüb. Ancaq «Bordo” futbolçunu satmaqdan imtina edib.

Nəhayət, Çin təmsilçisi istədiyini Norveçdə tapıb. «Olesunn” klubunun nigeriyalı forvardı Leke Ceyms 2 milyon avro qarşılığında «Beijinq Enterprises”ə transfer olunub. Çin klubundan «Qarabağ»a və Fransa «Bordo»suna göndərilən rəsmi təklifləri təqdim edirik:

sport7.az

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *