Reynaldonun «Qarabağ» karyerası başa çatmaq üzrədir

«Qarabağ»ın futbolçusu Reynaldonun Türkiyə Super Liqasında mübarizə aparan «Adanaspor» klubuna keçidi yekunlaşmaq üzrədir. Goal.az xəbər verir ki, braziliyalı futbolçu yaxın günlərdə «Adanaspor»la rəsmi müqavilə imzalaya bilər. Bu barədə məlumatı Adana təmsilçisinin baş məşqçisi Levent Şahin verib. O, danışıqların yekunlaşmaq üzrə olduğunu deyib: «Reynaldonu hamı tanıyır. Onun transferində son mərhələyə gəlmişik. Prezidentimizə də təşəkkür edirəm. İnanılmaz əmək sərf edir. İnşallah, xeyirlisi olar».

Qeyd edək ki, «Adanaspor»un Reynaldo üçün göndərdiyi ilk təklif Ağdam klubunu və «sambaçı»nı razı salmamışdı.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *