Reynaldo het-trik etdi, Qarabağ 4 qola sevindi (VIDEO)

Avstriyada təlim-məşq toplanışını başa vuran «Qarabağ» Çempionlar Liqasında qarşılaşacağı Lüksemburq «Düdelanj»ı ilə ilk matçın hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Ağdam klubu bu gün növbəti yoxlama oyununda qüvvəsini sınayıb.

Rəqib isə ötən mövsüm Premyer Liqanın gümüş mükafatçısı olan «Zirə» klubu olub. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Qurban Qurbanovun yetirmələri bu görüşdə 4:0 hesablı qələbəyə sevinib. İlk üç qolu het-trikə imza atan Reynaldo vurub. Matçda son nöqtəni isə Dani Kintana qoyub.

Xatırladaq ki, «Qarabağ» iyulun 12-də Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Lüksemburq «Düdelanj»ı ilə qarşılaşacaq. Həmin matç saat 21:00-da Respublika stadionunda start götürəcək.

Yoxlama oyunu
5 iyul

«Qarabağ» — «Zirə» — 4:0 (1:0)
Qollar: Reynaldo, 37 (1:0), 59 (2:0), 87 (3:0), Dani Kintana, 89 (4:0).

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Əsas sözlər