Reynaldo cəbhədə baş verənlərdən danışdı: «Sevindirici tərəfi odur ki…»

Azərbaycan Premyer Liqasının 29-cu turunda «Kəpəz”i qəbul edən «Qarabağ” rəqibini 4:0 hesabı ilə darmadağın etdi. Sport7.az xəbər verir ki, qarşılaşmadan sonra ağdamlıların futbolçusu Reynaldo oyunla bağlı jurnalistlərin suallarını cavablandırıb.

 — Dönüşünüz məhsuldar qələbə ilə yadda qaldı. Oyunun bu axarda davam etməsi nə dərəcədə gözlənilən oldu?
— Matçın əvvəli mənim üçün çətin keçdi. Çünki uzun zaman idi yaşıl meydandan kənarda qalmışdım. Amma komanda yoldaşlarım daim bir yerdə oynadıqlarına görə onlara rahat idi. Oyunun gedişində vəziyyət dəyişdi. Demək olar, uyğunlaşdım və sonrası rahat keçdi.
— Amma kənardan belə görünmürdü. Sanki əvvəlki formanızda idiniz…
— Haqqımda bu cür xoş sözlər dediyinizə görə, təşəkkür edirəm. Amma çətinliyi mən özlüyümdə hiss edirdim. Zədədən sonra ilk dəfə «11-lik”də meydana çıxdım. Əlimdən gələni edirəm ki, komandam uğur qazansın. Təbii ki, komanda yoldaşlarım bu çətinliyi aradan qaldırmağım üçün dəstək olur.
— Stadionda diktor qolu sizin vurduğunuzu elan etsə də, protokolda avtoqol kimi qeyd edildi. Həmin epizodda topa son toxunuşu kim etdi?
— Epizodun videoyazısına baxmamışam. Fikrimcə top rəqib futbolçuya toxunub qapıdan keçdi.
— Cari mövsümdə bombardilərin yarışında məhsularlıq xeyli aşağı düşüb. Niyəsini izah edə bilərsinizmi? Bəlkə Reynaldonun uzun müddət zədəli olmasıdı bunun səbəbi?
— Konkret səbəb deyə bilmərəm. Ola bilər, komandalar hansısa fərddən asıllılığı aradan qaldırmağa çalışır. Bizim komandada Almeyda, Dani bir-birinə yaxın sayda qollar vurublar. Yəni indi hamı kollektiv oyuna üstünlük verməyə çalışır.
— Stadionun bayraqlarla bəzədilməsinin səbəbini bilirsinizmi?
— Təbii ki, komanda yoldaşlarım məlumat verib. Ölkənizdə nələrin baş verdiyini bilirəm. Bu cür hadisələr məyusedicidi. Ancaq sevindirici tərəfi odur ki, artıq bu vəziyyətə son qoyulub.
— «Qarabağ”ın oyunçuları adətən sosial şəbəkə vasitəsilə dəstək verirlər. Amma Ermənistan çempionatında çıxış edən legioner açıq şəkildə bunu təbliğ edir. Çempionatımızdakı legionerlər niyə bu qədər ehtiyatlı davranırlar?
— Siyasi məsələləri futbola qatdığın zaman cəzalandırılırsan. Bu qaydanı bilirik. Amma bu, elə də önəmli deyil.
— Bəs ölkənizdə olan zaman dost-tanışınızı baş verənlər haqqında bilgiləndirirsiniz? Azərbaycan bayrağına bürünmüş şəklinizi gördükdə, sizə bunu niyə etdiyinizlə bağlı sual ünvanlayırlar?
— Bu gün dünya mediasında bütün məlumatlar yerləşdirilir. Yaxınlarım zəng vurub, durumumla maraqlanırlar. Hər şeyin qaydasında olduğunu bildirirəm.
— Son olanlardan sonra komandanın adının ölkəmiz üçün hansı əhəmiyyət kəsb etdiyin anladınızmı?
— Nəinki mən, komandada olan bütün futbolçular bunu dərk edir. Çalışmalıyıq ki, bundan sonra bizi dəstəkləyənləri, sevənləri uğurlarımızla daha çox sevindirək.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *