Ramzan Kadırov Zabit Səmədova son model Mercedes hədiyyə etdi (FOTO)

Çeçenistan prezidenti Ramzan Kadırov azərbaycanlı döyüşçü Zabit Səmədova son model «Mersedes» avtomobili hədiyyə edib. Azerisport.az xəbər verir ki, Səmədov ötən gün Qroznıda baş tutan döyüş gecəsinin əsas görüşündə qələbə qazanıb.

Bu münasibətlə Kadırov Səmədova maşın bağışlayıb. Qeyd edək ki, Zabit Səmədov «Ahmat» döyüş klubunun üzvüdür.

Qeyd edək ki, bu gecə Azərbaycan əsilli döyüşçü Zabit Səmədov daha bir möhtəşəm qələbə qazanıb. 4 ay aradan sonra rinqə çıxan həmyerlimiz Çeçenistanın Qroznı şəhərində prinsipial döyüşdə 7 il əvvəlki intiqamını alıb.
“Qroznaya bitva – 13” adlı döyüş gecəsi çərçivəsində “Axmat” klubunu təmsil edən Zabit polşalı Pol Slovinski ilə qarşılaşıb. Rəqibi ilə ilk dəfə 23 İyun 2007-ci il tarixində Amsterdamda qarşılaşan Zabit həmin qarşılaşmada elə ilk raundaca nakauta düşərək məğlub olmuşdu.
Bu dəfə isə hər şey fərqli olub. Həmyerlimiz 5 raund döyüşərək sonda qələbəni bayram edən tərəf olub. Qarşılaşmanın sonunda 3 hakimin ortaq qərarı ilə qalib elan olunan Zabit beləcə revanş döyüşündən üzü ağ çıxıb.

 

Daha ətraflı : ZABIT SƏMƏDOV 7 IL ƏVVƏLKI MƏĞLUBIYYƏTIN INTIQAMINI BELƏ ALDI (VİDEO)

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *