Rahid Əmirquliyevdən «Qarabağ»a şad xəbər

“Qarabağ”a şad xəbər var. Goal.az xəbər verir ki, qış fasiləsində “Xəzər Lənkəran”dan “Qarabağ”a keçən Rahid Əmirquliyevin zədəsi sağalıb.

Rahid komandanın məşq prosesində zədələnmişdi. Bu səbəbdən də “Qarabağ” qış fasiləsindən sonra Premyer Liqada keçirdiyi 3 oyun — AZAL, “Xəzər Lənkəran” və “Kəpəz”lə qarşılaşmalarda Əmirquliyevi oynada bilməmişdi. Artıq Rahid tam sağalıb və baş məşqçi Qurban Qurbanov şans verərsə bu tur “Neftçi”ylə oyunda meydana çıxa bilər.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *