Rahid Əmirquliyev «Qarabağ»da ilk qolunu vurdu (VIDEO)

«Qarabağ»ın yeni transferi Rahid Əmirquliyev Ağdam təmsilçisinin heyətində ilk qolunu vurub.

Qol.Az-ın məlumatına görə, bu, Macarıstanın «Dioşqyor» klubu ilə yoxlama oyununa təsadüf edib.

Azərbaycan millisinin üzvü Antalyada baş tutan matçın 58-ci dəqiqəsində fərqlənməklə hesabı 3:0-a çatdırıb.

Qeyd edək ki, Rahid Əmirquliyev qış transfer pəncərəsi dönəmində «Xəzər Lənkəran»dan «Qarabağ»a transfer olunub.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *