«Rəşad Sadıqovdan yaxşı məşqçi olar»

«Nə qədər yaxşı futbolçu olsan da, məşqçi olmaq istəyirsənsə, bunun üçün müvafiq təhsil almalısan. UEFA-nın bütün məşqçilik kursları bu baxımdan vacibdir. Hətta karyerasını davam etdirən hər bir futbolçu da bunu bilməlidir. Bu, onlara sadəcə, kömək edə bilər».

Qol.az-ın azerisport.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri AFFA-nın təşkil etdiyi məşqçilik kurslarının direktoru Aslan Kərimov deyib.

O, məşqçilik kurslarında iştirak edən «Qarabağ»ın futbolçusu Rəşad Sadıqov haqda da danışıb:

«Rəşad Sadıqovun karyerası sona yaxınlaşır. O, nə qədər tez öyrənməyə başlasa, bir o qədər yaxşıdır. Ola bilər ki, heç gələcəkdə məşqçi kimi yox, klubda hansısa başqa bir vəzifədə çalışacaq. Amma istənilən halda, məşqçilik kurslarında qazandığı biliklər onun köməyinə çatacaq. Şəxsən mən belə düşünürəm ki, Sadıqovdan çox yaxşı məşqçi olar».

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *