Rəşad Sadıqovdan nümunəvi addım (VIDEO)

Atası və anası tərəfindən atılmış bir oğlan uşağı ATV-də yayımlanan «Bizimləsən» verilişində millimizin və «Qarabağ»ın kapitanı Rəşad Sadıqovun fanatı olduğunu, onunla görüşmək istədiyini bildirib.

Sadıqov Antalyada komandası ilə birgə təlim-məşq toplanışında olmasına baxmayaraq, «Bizimləsən» verilişi ilə əlaqə saxlayıb. Rəşad söz verib ki, yanvarın 23-ü Bakıya qayıdır və 24-ü ATV-yə gələrək balaca qəhrəmanla canlı görüşəcək.

Xatırladaq ki, azyaşlının böyrəkləri xəstədir və gələn həftə əməliyyat olunmalıdır.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Əsas sözlər