Rəşad Sadıqovdan daha bir nəcib addım-ilk məşqçisinə «Mersedes» bağlışladı!

Dəfələrlə müxtəlif ictimai tədbirlərdə iştirak edən, xeyriyyəçiliyi ilə tanınan Rəşad Sadıqov daha bir aqlışlanası addım atıb.

«Qarabağ»ın və millimizin kapitanı uzun müddətdi piyada gəzən uşaq məşqçisi Vaqif Paşayevi bu əziyyətdən qurtarıb. Belə ki, təxminən 20 gün bundan əvvəl Rəşad Sadıqov Vaqif Paşayevə «Mersedes» markalı avtomobil hədiyyə edib.

Faktı «Futbol+»ə açıqlamasında Paşayev özü də təsdiqləyib. Azərbaycan futboluna Rəşadla yanaşı Ceyhun Sultanovu, Saşa Yunisoğlunu, Vaqif Cavadov kimi isimləri bəxş edən Vaqif bəy belə deyib: «İlk dəfə Mahir Şükürov Sabir Əliyevə maşın bağışlamışdı. İkinci belə hal 20 gün bundan öncə yaşandı. Rəşad Sadıqov mənə maşın bağışladı. Hədiyyəyə görə Rəşada təşəkkür edirəm. Həmişə mənim hörmətimi saxlayıb. İnsan görəndə ki, əziyyəti itmir, daha da qürrələnir».

Sport7.az

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *