Rəşad Sadıqov: «Sanki cəbhədəydik» (VİDEO)

«Asan qələbə qazanacağımızı gözləmirdik. Çünki rəqiblər həmişə bizə qarşı ciddi hazırlaşır. Maraqlı oyun keçdi. Əlimiz gələni edirik ki, xal fərqi çox olsa da, arxayınlaşmayaq, mübarizəni davam etdirək».

Qol.az-ın məlumatına görə, bu sözləri «Qarabağ»ın kapitanı  Rəşad Sadıqov Azərbaycan Premyer Liqanın 29-cu turunda «Kəpəz»ə 4:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

O, Gəncə klubunun pis oynamadığını bildirib:

«Biz daha yaxşı oynadıq. Stadionda çox gözəl mühit var idi. Bu da bizə əlavə güc verirdi. Stadionda bayraqların olması, himnin oxunması, azarkeşlərin əsgərlərə dəstəyi bizə sanki cəbhədəydik kimi hiss etdirdi. Xalqımızın belə birlik göstərməsi çox önəmlidir. Bununla «Qarabağ» hamının bir olduğunu göstərdi».

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *