Rəşad Sadıqov milliylə vidalaşmasından danışdı

«Bizi ağır və gərgin oyun gözləyir. Ciddi rəqibə qarşı oynayacağıq. Rəqib qələbə qazanıb final mərhələsinə vəsiqəni təmin etmək istəyir. Biz də əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq».

Sport7.az-ın məlumatına görə, bu sözləri  AVRO-2016-nın seçmə qrup mərhələsində İtaliya ilə Bakıda keçiriləcək görüşdən öncə yığma komandanın kapitanı Rəşad Sadıqov deyib.

Daha sonra futbolçu jurnalistlərin suallarını cavablandırıb:

— Xorvatiya ilə Bakıda heç-heçə etmək bizim üçün sürpriz nəticə sayılır. Bu sürpriz İtaliyaya qarşı etmək mümkündür?
— Bəli, futbolda hər şey mümkündür. Qarşımıza məqsəd qoymuşuq ki, məğlub olmayaq. RƏqibi əks hücumlarda tutub qələbə qazanmaq istəyirik.

— 100-cü oyununda qələbə qazansan demək olar ki, karyeranın ən yadda qalan olacaq?
— Təbii ki, bu oyunda qələbə qazansaq bu oyun mənim üçün yadda qalmaya bilməz. Düşünürəm ki, bərabərlik olsa belə bu bizim üçün yaxşı nəticədir.

— Son zamanlar mətbuatda sənin gücünün tükənməyin, qocalmağınla bağlı xəbərlər yayılıb. Necə fikirləşirsən, 120, 140-a çatmaq olar?

— Bir-iki nəfərdən eşitmişəm. Mən belə şeylərə fikir vermirəm. Amma futbolçu üçün 33 yaş qocalıqdır. Baxmayaraq ki, həyatda bu yaş cavan yaşdır. Ancaq o rəqəmləri deyə bilmərəm. Tsikl qurtarandan sonra bu haqda fikirləşəcəm. Düşünürdüm ki, 100-cü oyunum, ümumiyyətlə, bu tsikl mənim üçün sonuncu olacaq. Bilmirəm həmin oyuna lazım olacam, ya yox, amma inamla çıxış etmək komandaya kömək etmək lazımdır. 2-3 ay əvvəl baş məşqçi ilə söhbətimdə dedim ki, istəyirəm bu mənim üçün son tsikl olsun. Amma baş məşqçi mənə tələsməməyi dedi. Yavaş-yavaş yaş öz sözünü deyir. Həm 2 il ardarda Avropa Liqası, çempionat oyunları və yığmanın çıxışları sıx qrafik yaratdı. Düşünürəm ki, həm özüm, həm də komandam üçün ən düzgün qərarı verəcəm.

— 2002-ci ildə milli komanda İtaliyaya qarşı baxımlı futbol sərgiləmişdi. Bu iki yığma komandanı necə müqayisə edərdiniz?
— Fərq çoxdur. O vaxt təcrübəli futbolçular çox idi, indi isə əksəriyyəti gəncdir. O vaxtkı İtaliya da daha təcrübəli idi. Bugünkü rəqib isə yığcam, kombinasiyalı futbola üstün verən bir komandadır. Xatırlayıram ki, o oyun çox danışıldı. Əlimizdən gələni edəcəyik ki, bu da yadda qalsın.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *